S-400

Türkiyə S-400 məsələsində Hindistandan ürəkli çıxdı

440
(Yenilənib 14:05 15.05.2019)
Putinin köməkçisi: “Bir neçə ay əvvəl imzalanan müqavilənin reallaşması tam gücü ilə davam edir”

BAKI, 15 may — Sputnik. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov RF prezidenti Vladimir Putinlə ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında Soçidə keçirilən danışıqların yekunlarını şərh edərkən, Amerikanın tələblərinə baxmayaraq, Türkiyə ilə bağlanan S-400 zenit-raket kompleksləri ilə bağlı müqavilədən irəli gələn işlərin tam gücü ilə davam etdirildiyini bildirib.

"Biz amerikalıların hansı məsələdə israr etdiyini təxminən bilirik. Lakin bir neçə ay əvvəl imzalanan müqavilənin reallaşması tam gücü ilə davam edir. Hələlik heç bir axsama yoxdur" - deyə Uşakov jurnalistlərin ABŞ-ın təzyiqləri nəticəsində Türkiyənin S-400-ləri almaqdan imtina edib-etməyəcəyi barədə sualına cavab verərkən bildirib.

Xatırladaq ki, Hindistan ABŞ-ın Dehliyə yönəlik sanksiyalarına qarşı ötən il Rusiya ilə imzaladığı S-400 zenit-raket kompleksini əldə etməyə dair sazişi ləğv edib.

5.4 milyard dollar dəyərində olan saziş Hindistana 5 ədəd S-400 komplektinin göndərilməsini nəzərdə tuturdu.

ABŞ Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemini alacağı təqdirdə Hindistanı "Amerikanın Rəqiblərinə Qarşı Sanksiyalar Vasitəsilə Mübarizə qanunu" (CAATSA) çərçivəsində cəzalandıracağı ilə hədələyirdi.

Bu hədə artıq işə yarayıb. Hindistan geri addım ataraq S-400-ləri almaqdan imtina edib.

Ötən gün Hindistanın səlahiyyətli şəxsləri ABŞ-la "Patriot" və THAAD raket əleyhinə komplekslərlə bağlı danışıqlarda irəliləyiş əldə etdiklərini açıqlayıblar.

440
Əlaqədar
Kreml: Rusiya Türkiyəyə ikinci "S-400"ü satmağa hazırdır
İsrail "S-300" və "S-400"-lərin "qatilini" göstərdi - VİDEO
Kreml imtina etdi: "S-400"-ün Türkiyə ilə birgə istehsalından söhbət gedə bilməz
"Türkiyə "S-400"-dən imtina etməyəcək"