Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putin ilə

Kim Çen Indan Vladimir Putinə maraqlı hədiyyə

361
(Yenilənib 14:18 25.04.2019)
Putin hədiyyəyə görə Kim Çen Ina təşəkkür edib və cavab olaq ona sikkə hədiyyə edib

BAKI, 25 aprel — Sputnik. Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə "gücü təcəssüm edən" qılınc hədiyyə edib. Bu barədə Sputnik Azərbaycan RT-yə istinadən xəbər verir.

Telekanalın məlumatına görə, Kim Çen In Putinə hədiyyəni Vladivostokda baş tutan görüşdən sonra təqdim edib. Şimali Koreya lideri bəyan edib ki, bu qılınc Şimali Koreya Demokratik Respublikasının xalqının gücünü və ruhunu təcəssüm edir.

Putin hədiyyəyə görə Kim Çen Ina təşəkkür edib və cavab olaq ona sikkə hədiyyə edib. Liderlərin görüşü Uzaq Şərq Universitetinin Russkiy adasında olan kampusunda baş tutub.

İki saat təkbətək baş tutan görüş daha sonra hər iki ölkədən olan nümayəndə heyətinin iştirakı ilə geniştərkibli formatda keçirilib.

361
Teqlər:
Vladimir Putin, Kim Çen In, Rusiya, Şimali Koreya
Əlaqədar
Tramp Kim Çen Inla görüş üçün yer təklif edib
Putin Kim Çen Inla görüşün yekunlarından danışdı