Yunanıstan bayrağı

Yunanıstanda ruslara qarşı anarxist basqın

72
(Yenilənib 12:20 19.04.2019)
İki naməlum şəxs motosikletdə diplomatik nümayəndəliyin qarşısından keçərkən polis köşkünə partlayıcı qurğu atıb

BAKI, 19 aprel — Sputnik. Yunanıstanın anarxist "İntiqam sui-qəsdi" təşkilatı Rusiyanın Afinadakı Səfirliyinin Konsulluq şöbəsi qarşısında törədilən partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Yunanıstanın "In.gr" portalı məlumat yayıb.

Məlumata əsasən, yunan anarxistlər bu aksiyanı Rusiyanın Balaşixa şəhərində aşkarlanan partlayıcı maddə işi üzrə saxlanan anarxistlərə dəstək məqsədilə keçiriblər. Qeyd edək ki, saxlanılanlar arasında Moskva Dövlət Universitetinin aspirantı Azat Miftaxov da var.

Hadisə Rusiya Səfirliyinin Konsulluq şöbəsi önündə martın 22-si Bakı vaxt ilə saat 05:30-da baş verib. İki naməlum şəxs motosikletdə diplomatik nümayəndəliyin qarşısından keçərkən polis köşkünə partlayıcı qurğu atıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb,  nümayəndəliyə cüzi ziyan dəyib.

72
Teqlər:
konsulluq, səfirlik, Afina, Rusiya, Yunanıstan
Əlaqədar
Rusiya Yunanıstana nota verdi, onun addımını "düşmən hərəkət" adlandırdı
Yunanıstan-Rusiya gərginliyi yeni mərhələyə keçir