Президент РФ Владимир Путин и президент ПАО Лукойл Вагит Алекперов (справа) во время встречи

Putin bu gün azərbaycanlı milyarderlə görüşəcək

400
(Yenilənib 14:45 16.04.2019)
"Şirkət həm daxili, həm də xarici bazarda olduqca əhəmiyyətli yer tutur və xarici bazarlara çıxmaq üçün aktiv şəkildə iş aparır"

BAKI, 16 aprel — Sputnik. Rusiya prezidenti Vladimir Putin bu gün Azərbaycan əsilli milyarder, "Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərovla görüşəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O vurğulayıb ki, Vladimir Putinin bu gün Kremldə bir neçə görüş keçirməsi planlaşdırılıb: "Belə görüşlərdən biri də "Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərovla olacaq".

"Şirkət həm daxili, həm də xarici bazarda olduqca əhəmiyyətli yer tutur və xarici bazarlara çıxmaq üçün aktiv şəkildə iş aparır. Prezident ənənəvi olaraq Ələkbərovla görüşlər keçirir, bu da onlardan biridir" - deyə Peskov jurnalistlərə bildirib.

400
Teqlər:
Dmitri Peskov, görüş, Vladimir Putin, Vahid Ələkbərov, "Lukoyl" şirkəti
Əlaqədar
Putin: "Avropa İttifaqı sanksiyalara görə 50 milyard avro itirib, biz isə 25 milyard"
Putin zabitləri yığıb, dünyaya mesaj ötürdü: "Sınaqlar uğurla keçir"
Putindən sensasion açıqlama: "Orduya çağırışdan imtina ediləcək"
Putin və Kim Çen In arasında görüş hazırlanır