Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada adamların ən çox hansı bölgələrdə və nədən öldükləri açıqlanıb

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidRusiya Federasiyası baş nazirinin müavini Tatyana Qolikova
Rusiya Federasiyası baş nazirinin müavini Tatyana Qolikova - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi Rusiyada ölümün nisbəti yüksək, Şimali Qafqaz və Uralda isə aşağıdır

BAKI, 13 aprel — Sputnik. Rusiya Federasiyasında ölümün səviyyəsinin yüksək olduğu ərazilər Mərkəzi Rusiyanın bir neçə regionu olaraq qalır. Maraqlıdır ki, ən aşağı ölüm faizi Şimali Qafqaz və Uralda qeydə alınıb.

Qan analizi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Ana ölümlərində hemofiliya xəstəliyinin də rolu danılmazdır" - Ayaz Hüseynov

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, Rusiya Federasiyası baş nazirinin müavini Tatyana Qolikova bu barədə açıqlama verib: "2018-ci ildə ən aşağı ölüm nisbəti Ural və Şimali Qafqaz federal bölgələrində izlənib. Ən yüksək ölüm nisbəti isə Oryol, İvanov, Tula, Novqorod, Pskov və Tver vilayətlərində qeydə alınıb".

Qolikova Əmək Nazirliyinin kollegiyasının dünənki iclasında bildirib ki, ən yüksək ölüm nisbəti olan regionlarda bu nisbət qismən dəyişir: "Pskov və Novqorod vilayətində qeydə alınan yüksək ölüm nisbəti 2,4 və 2,5 faiz aşağı düşsə də, Oryol vilayətində 1,3 faiz artım müşahidə edilib".

Qolikova daha əvvəl bəyan etmişdi ki, Rusiyada ölümün səviyyəsi ötən il hər üç regionda yüksək olub: "Prezidentin may fərmanının məqsədlərindən biri də əmək qabiliyyətli Rusiya vətəndaşları arasında ölüm həddini hər 100 min nəfər üçün 350 nəfərə endirməkdir".

Baş nazirin müavininin sözlərinə görə, bu məqsədə çatmaq üçün təcili tədbirlər görmək lazımdır və burada başlıca olaraq tibbin keyfiyyətli və əlçatan olmasına diqqət yetirilməlidir.

Rusiyanın Statistika Komitəsi fevral ayında rusiyalı kişi və qadınlar arasında ölümün səbəblərini açıqlayıb. Qurumun məlumatlarına görə, kişilər əsasən infarktdan, insultdan və bədbəxt hadisələrdən ölür. Qadınların ölümünə səbəb olan amillər arasında isə birinci yerdə onkoloji xəstəliklər, ikinci yerdə qan dövranı sisteminin xəstəlikləri durur.

Xəbər lenti
0