Rusiya Dövlət Duması

Deputat köməkçisi kabinetində ölü tapılıb

99
(Yenilənib 12:41 12.04.2019)
İlkin məlumata görə, o, qan laxtalanmasından dünyasını dəyişib

 

BAKI, 12 aprel — Sputnik. Rusiya Dövlət Dumasının deputatı Nikolay Kovalyevin 62 yaşlı köməkçisi Sergey Şamarin öz kabinetində ölü tapılıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Şamarin Rusiya Federal Təhülkəsizlik Xidmətinin (FTX) keçmiş rəhbəri Nikolay Kovalyevlə birlikdə çalışırdı. Nikolay Kovalyev 6 gün əvvəl dünyasını dəyişib.

Qeyd edək ki, 1996-1998-ci illərdə Kovalyev FTX-nin rəhbəri olub. 69 yaşlı Kovalyev Dumanın 4-cü çağırış deputatı olub. Nikolay Kovalyev aprelin 8-də Hərbi memorial qəbirstanlıqda dəfn edilib.

Kovalyevin ölümündən sonra Sergey Şamarin işləməyə davam edib. Şamarin Kovalyevin təkcə köməkçisi deyil, eyni zamanda yaxın dostu olub.

İlkin məlumata görə, Şamarin qan laxtalanmasından dünyasını dəyişib.

99
Teqlər:
köməkçi, deputat, Dövlət Duması, Rusiya
Əlaqədar
Dövlət Dumasından prezident İlham Əliyevə məktub göndərilib
Rusiya Dövlət Dumasının sədri erməni spikerlə görüşdən imtina edib