Rusiya və Avropa İttifaqının bayraqları. Arxiv şəkli

ABŞ-ın sanksiya siyasəti öz müttəfiqlərinin etirazına səbəb olur

90
(Yenilənib 11:53 11.04.2019)
Rəsmi Berlin: Bu sanksiyaları tətbiq etməklə Birləşmiş Ştatlar beynəlxalq normaları pozur

BAKI, 11 aprel — Sputnik. Almaniya iqtisadiyyatının Şərq Komitəsinin rəhbəri Mixale Harms bəyan edib ki, Birləşmiş Ştatların Rusiya ilə ticari əməkdaşlığı olan Avropa şirkətlərinə sanksiyalar tətbiq etməsi qanunsuzdur. Bu barədə Sputnik Azərbaycan OWC-yə istinadən xəbər verir.

Onun sözlərinə görə, bu sanksiyaları tətbiq etməklə Birləşmiş Ştatlar beynəlxalq normaları pozur. Harms, həmçinin əlavə edib ki, ABŞ-ın sanksiyaları yalnız Avropada öz iqtisadi maraqlarını qorumaqla bağlıdır.

Komitə rəhbəri qeyd edib ki, Avropa İttifaqı Birləşmiş Ştatların belə bir siyasəti qarşısında gücsüzdür.

Daha əvvəl yayılan məlumatda vurğulanırdı ki, Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiya siyasətini davam etdirmək niyyətindədir.

90
Teqlər:
sanksiya, Rusiya, ABŞ, Almaniya
Əlaqədar
AP: Rusiya artıq strateji tərəfdaş deyil və yeni sanksiyalar tətbiq olunmalıdır
Rusiya Avstraliyanın sanksiya qərarının cavabsız qalmayacağını açıqlayıb
Putin: "Avropa İttifaqı sanksiyalara görə 50 milyard avro itirib, biz isə 25 milyard"