Həştərxan şəhərinin quş uçuşundan görünüşü

Azərbaycanla əlaqələrə ciddi önəm verən şəxs Rusiyada vacib posta təyin olunub

183
(Yenilənib 22:16 01.04.2019)
Denis Afanasyev Həştərxan Vilayəti Sənaye, nəqliyyat və təbii ehtiyatlar naziri təyin olunub

BAKI, 1 aprel - Sputnik. Uzun illər Rusiya Federasiyasının Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri vəzifəsində fəaliyyət göstərən Denis Afanasyev son illər ərzində Azərbaycan və Həştərxan vilayəti arasında dostluq və iqtisadi əməkdaşlığın yüksək templə inkişafına böyük töhfə verib. 

Denis Afanasyev
© Həştərxan Vilayəti Sənaye, nəqliyyat və təbii ehtiyatlar nazirliyinin mətbuat xidməti
Denis Afanasyev

Sputnik Azərbaycan-ın məlumatına görə, Heydər Əliyev Fondu tərəfindən Həştərxan həyata keçirilmiş müxtəlif genişmiqyaslı layihələrdə, o cümlədən Ulu öndər Heydər Əliyevin abidəsinin ucaldılması və parkın salınması, Ümummilli liderin adını daşıyan 11 nömrəli tam orta məktəbin rekonstruksiyası və yeni korpusların tikilməsi, həmin məktəbin nəzdində yeni uşaq bağçasının inşası, Meçta uşaq əyləncə şəhərciyinin salınması və digər layihələrin həyata keçirilməsində birbaşa fəal iştirak edib.

Bütün bunları nəzərə alaraq 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlığın inkişafındakı xidmətlərinə görə D.Afanasyev “Tərəqqi” medalı ilə təltif edilib.

Onun yüksək səmərəli fəaliyyətini nəzərə alaraq Həştərxan vilayətinin qubernatoru S.Morozov 1 aprel 2019-cu il tarixindən D.Afansyevi Həştərxan vilayətinin Sənaye, nəqliyyat və təbii ehtiyatlar naziri vəzifəsini icra edən təyin edib.

183