CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əkiz uşaqlara işgəncə verən dayə həbs edildi

© Sputnik / Anar MustafayevƏlləri qandallanmış qadın, arxiv şəkli
Əlləri qandallanmış qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
47 yaşlı qadın dayəlik etdiyi körpələrə işgəncə verdiyi üçün polislər tərəfindən saxlanılıb

 

BAKI, 29 mart — Sputnik. Rusiyada 47 yaşlı qadın dayəlik etdiyi körpələrə işgəncə verdiyi üçün polislər tərəfindən saxlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, qadın əkizləri 4 ay ərzində amansızcasına döyüb.

Hadisə Moskvanın şimal-qərbində baş verib. Ötən ilin dekabr ayından bu il mart ayının 9-dək əkizlərə baxan dayə həmin vaxt ərzində körpələri o ki var döyüb. Qadının körpələri döyməsi ailənin evdə quraşdırdığı müşahidə kameralarına düşüb. Mart ayında ailənin baş verənlərdən xəbərdar olduğunu öyrənən dayə tələsik işdən çıxıb.

Ailə isə hadisə barəsində polisə məlumat verib. Martın 28-də polis qadını saxlayıb. Qadına qarşı Rusiya Cinayət Məcəlləsinin 117-ci maddəsinin 2-ci hissəsi (yetkinlik yaşına çatmayan və özünü müdafiə etmək imkanı olmayanlara işgəncə verilməsi) ilə cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti
0