Qırıcı

ABŞ-la Rusiya arasında yeni insident: Nüvə daşıyan qırıclar havalandı

84
(Yenilənib 16:21 23.03.2019)
ABŞ-a məxsus üç bombardmançı təyyarə Rusiya ilə sərhədə yaxınlaşıb

BAKI, 23 mart – Sputnik. Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinə məxsus üç “B-52H” bombardmançı təyyarəsi Rusiyanın Kalininqrad vilayəti yaxınlığında uçuşlar həyata keçirib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Qeyd olunur ki, təyyarələr bir neçə saat fərq ilə ərazidə uçuş həyata keçiriblər.

Məlumata əsasən, ABŞ-a məxsus bombardmançı təyyarələr Rusiyanın dəniz sərhədindən 160-170 kilometr aralıda uçuşlar həyata keçirib.

O da vurğulanır ki, bu tipli təyyarələr nüvə silahları daşımaq gücündədir.

84
Teqlər:
təyyarə, qırıcı, Rusiya, ABŞ
Əlaqədar
ABŞ, Rusiya, yoxsa Çin – Rəqəmlər açıqlandı
Rusiya ABŞ-la raket sazişindən çıxdı
Rusiya Baltik dənizi üzərində ABŞ təyyarəsini ələ keçirib