Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Rusiyaya səfər edəcək

170
(Yenilənib 15:00 23.03.2019)
Türkiyə prezidenti aprelin 8-də Rusiyaya gedəcək

BAKI, 23 mart – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Türkiyə prezidenti aprelin 8-də Rusiyaya gedəcək.

Daha əvvəl Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Haluk Dursun bildirmişdi ki, aprelin 8-də Moskvada Böyük Teatrda "Troya" türk operasının nümayişi ilə Mədəniyyət və turizm ili start götürəcək.

Açılış mərasimində hər iki ölkənin prezidentinin iştirak edəcəyi gözlənilir.

170
Teqlər:
Ərdoğan, Rusiya, Türkiyə
Əlaqədar
İstanbulu, Konstantinopol edə bilməyəcəksiniz – Ərdoğan sərt danışdı
Ərdoğan Avropanı niyə tənqid edir - Politiloq açıqladı