Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada tütün satışı məhdudlaşdırılacaq

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidRusiyada mağazada siqaret satışı
Rusiyada mağazada siqaret satışı - Sputnik Azərbaycan
Abunə olmaq
Səhiyyə Nazirliyi tütündən imtina etməyin iqtisadi tərəflərini də qeyd edib

BAKI, 12 mart — Sputnik. Rusiya Federasiyası Səhiyyə Nazirliyi yaxın 30 ildə tütün istifadəsini 5 faizə qədər azaltmağı qərara alıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tütün istifadəsinə qarşı mübarizə üzrə dövlət siyasətinin həyata keçirilməsi konsepsiyası hökumət tərəfindən nəzərdən keçiriləcək.

Bu barədə Səhiyyə Nazirinin müavini Oleq Salaqay məlumat verib. Məmurların planına görə, yeni qaydalara əsasən tütün mərhələli şəkildə leqal satışdan çıxarılacaq. Konsepsiyada qeyd edilir ki, Rusiyada tütün çəkilməsinin qarşısını almaq üçün tədbirlər görülməlidir. Buna görə də məmurlar yeni tütün məhsullarının yaranmasının qarşısını almağa, elektron siqaretlərin yayılmasını dayndırmağa və tütündən imtina ilə bağlı təbliğata hazırlaşır. Səhiyyə Nazirliyi tütündən imtina etməyin iqtisadi tərəflərini də qeyd edib. Sənədin mətninə görə, tütün istehlakının azaldılması xəstəlik və ölüm nisbətinin azaldılmasına gətirib çıxaracaq.

Tütün istifadəsinə qarşı mübarizə üzrə dövlət siyasətinin həyata keçirilməsi konsepsiyası tərəfindən 2018-ci ildə Səhiyyə Nazirliyi tərəfindən hazırlanıb.

Xəbər lenti
0