Rusiyanın Gümrüdəki 102 saylı hərbi hissəsi

Rusiyanın Ermənistandakı hərbi bazasında qan töküldü

77
(Yenilənib 14:09 08.03.2019)
Hazırda hadisənin baş vermə səbəbi araşdırılır, günahkarlar müəyyənləşdirilir

BAKI, 8 mart — Sputnik. Rusiyanın Ermənistandakı bazasının hərbçisi bıçaqlanıb. Bu barədə Sputnik Azərbaycan "Novosti Armeniya"-ya istinadən xəbər verir.

Məlumata əsasən, 22 yaşlı hərbçi Racan Kajimirov döş boşluğundan bıçaqla yaralanıb. O, gecə 01:30 radələrində Gümrü xəstəxanasına çatdırılıb.

Hazırda hadisənin baş vermə səbəbi araşdırılır, günahkarlar müəyyənləşdirilir.

Qeyd edək ki, 22 yaşlı Rusiya vətəndaşı Rusiyanın Gümrüdəki 102 saylı hərbi hissəsində qulluq edir.

77
Teqlər:
bıçaq, hərbi baza, Ermənistan, Rusiya
Əlaqədar
ABŞ-a məxsus hərbi gəmi təhlükəli dərəcədə Rusiya bazasına yaxınlaşıb
Rusiyanın Venesueladakı "bazası" göstərildi – FOTO
"İncirlik bazası Rusiyanın istifadəsinə verilə bilər"