Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğandan amerikalıları "çilədən çıxaracaq" açıqlama

© REUTERS / Fabrizio BenschTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə birgə mətbuat konfransı zamanı. Berlin, 28 sentyabr 2018-ci il
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə birgə mətbuat konfransı zamanı. Berlin, 28 sentyabr 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə lideri: "Rusiyadan "S-400"-ün ardınca "S-500" də ala bilərik"

BAKI, 7 mart — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə "S-500" zenit raket komplekslərinin alınmasına dair müqavilənin bağlanmasını istisna etməyib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Глава МИД Турции Мевлют Чавушоглу - Sputnik Azərbaycan
Türkiyə XİN: "Rusiya ilə vizaların tamamilə aradan qaldırılması üçün səy göstəririk"

Türkiyə lideri vurğulayıb ki, "S-400" zenit raketləri ilə bağlı müqavilə artıq bağlanıb və geri addım atıla bilməz: "Hər şey razılaşdırılıb, kredit şərtlərindən birgə istehsala qədər. İmzalar atılıb, geri addım atıla bilməz. Bu, əxlaqsızlıq olardı. Ümid edirəm ki, biz "S-400"-ün ilk partiyasını iyulda alacağıq. Ola bilsin ki, "S-400"-lərdən sonra biz "S-500"-lərlə bağlı variantları nəzərdən keçirdik".

Qeyd edək ki, ötən gün ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar, Rusiyadan "S-400" alarsa, Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.

"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" - amerikalı sözçü vurğulayıb.

Palladino qeyd edib ki, "Sanksiyalar vasitəsilə ABŞ düşmənlərinə müqavimət haqqında" (CAATSA) qanunu çərçivəsində "S-400" alan dövlət və ya özəl bütün qurum və şəxslərin potensial sanksiyalara məruz qala biləcəyi bəyan olunub.

Qeyd edək ki, CAATSA qanunu Rusiyanın müdafiə və kəşfiyyatı ilə əlaqəli olan qurum və təşkilatlarla əməkdaşlıq edən üçüncü ölkə və şirkətlərə də sanksiya tətbiq olunmasını nəzərdə tutur. Dünən ABŞ-ın Avropa Qüvvələri (EUCOM) və NATO Müttəfiq Qüvvələri komandanı, ordu generalı Kortis M.Scaparrotti də deyib ki, Türkiyə "S-400" alarsa, "F-35" qırıcıları bu ölkəyə verilməməlidir.

Xəbər lenti
0