Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov

KTMT üzləri arasında fikir ayrılıqları var Kreml

214
(Yenilənib 12:36 23.02.2019)
Üzvlər arasında bəzi fikir ayrılıqları var ki onlar da hazırda həll olunur, bu proses davam edir.

BAKI, 23 fevral — Sputnik. Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr arasında təşkilatın baş katibi məsələsində fikir ayrılıqları var, lakin vəziyyət həll olma prosesindədir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Nə Kreml, nə də KTMT-nın digər üzvləri bu məsələ ilə bağlı narahat hiss etmir və KTMT rəhbərliyində heç bir vakuum yoxdur. Bildiyiniz kimi orada baş katib səlahiyyətlərini icra edən şəxs var. O yad biri deyil. O, yeni baş katiblə bağlı vəziyyət aydınlaşana qədər öz səlahiyyətlərini icra edə bilər", - deyə Peskov vurğulayıb.

O, deyib ki, üzvlər arasında bəzi fikir ayrılıqları var ki, onlar da hazırda həll olunur və proses davam edir.

Qeyd edək ki, fevralın 14-ü Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz jurnalistlərə açıqlamasında bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin olmaması təşkilatın işinin xeyrinə deyil.

"KTMT baş katibsiz artıq uzun müddətdir ki, fəaliyyət göstərir. Vəziyyət təşkilatın xeyrinə deyil və dərhal həllini istəyir", - deyə Qlaz bildirib.

XİN rəsmisi qeyd edib ki, Astana və Sankt-Peterburqda keçirilən görüşlər zamanı ölkə başçıları Zasın namizədliyini dəstəkləyiblər.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev
© Official web-site of President of Azerbaijan Republic

Qlaz əlavə edib ki, Belarus, parlament seçkilərinin keçirilməsi və yeni hökumətin formalaşdırılması ilə bağlı Ermənistan baş naziri Nikol Paşinyanın Belarus prezidenti ilə görüşü imkanının olmamasını anlayışla qarşılayıb. Bu arada Minsk ümid edir ki, yaxın vaxtlarda erməni tərəfi görüşün tarixi barədə məlumat verəcək: "Belarus qarşılıqlı anlaşmaya ümid edir və hesab edir ki, baş katib postu "oteldə bron edilməsi mümkün olan nömrə deyil". Bütün ölkələr bu "texniki an"ın KTMT-niın işinə, həmçinin iştirakçı ölkələr arasında ikitərəfli münasibətlərə təsir etməməsində maraqlıdır".

Qeyd edək ki, KTMT baş katibinin postu artıq yarım ildir ki, boşdur. Növbəlilik qaydasına əsasən növbəti baş katib Belarus tərəfinin namizədi olmalıdır. Respublika bu vəzifəyə Stanislav Zasın namizədliyini irəli sürüb. Lakin hələlik onun təyinatı razılaşdırılmayıb – Ermənistanla razılaşma yoxdur.

214
Əlaqədar
KTMT-nın sammiti Ermənistana görə təxirə düşdü
Rusiyalı deputat: "Azərbaycanın KTMT-yə üzv olması məsələsində israr edəcəyik"
İlham Əliyev: “KTMT-nin yeganə problemi Ermənistandır”
Biz kimə etibar edə biləcəyimizi bilməliyik – Paşinyan KTMT barədə