Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin

Kreml rəsmisi: Putin Ərdoğana çox etibar edir

88
(Yenilənib 16:39 18.02.2019)
Dmitri Peskov Türkiyənin "Hurriyet" qəzetinin suallarını cavablandırıb

BAKI, 18 fevral — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin "Hurriyet" qəzetinə müsahibəsində bildirib ki, Vladimir Putin Rəcəb Tayyib Ərdoğana çox etibar edir. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Təbii ki, onlar bir-birini çox gözəl anlayırlar", - deyə Peskov "Ərdoğan Rusiya liderinin ən çox etibar etdiyi liderlər sırasındadırmı" sualını cavablandırarkən bildirib.

"Biz iki böyük böhran (Rus təyyarəsinin vurulması və Ankarada səfir Andrey Karlovun qətlə yetirilməsi) yaşamışıq. Onların nəticələri ölkələr arasında münasibətlər üçün ölümcül ola bilərdi. Şükürlər olsun ki, hər şey geridə qaldı. Mənim fikrimcə, Putin və Ərdoğan siyasi iradə göstərdi", - deyə Peskov əlavə edib.

Qeyd edək ki, Rusiya, Türkiyə və İran prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani fevralın 14-də Soçidə Suriya üzrə keçiriləcək sammitdə İdlibdəki vəziyyəti, siyasi prosesi və Birləşmiş Ştatların öz qoşunlarını Suriya ərazisindən çıxarmasını müzakirə edib. Görüşdə, həmçinin Suriyaya humanitar yardım göstərilməsi məsələsi də diqqətdə olub.

88