İŞİD bayrağı

İŞİD-ə böyük yardım edən qadın tutulub

58
(Yenilənib 19:13 15.02.2019)
Xüsusi xidmət orqanları qadını İŞİD-in yerli özəyinin təşkilatçılarından biri hesab edir

BAKI, 16 fevral — Sputnik. İŞİD terror təşkilatı üçün 1 milyon rubl (25540 manat) vəsait toplayan qadın saxlanılıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi 32 yaşlı qadını saxlayıb.

Məlumata görə, qadın Həştərxan vilayətində yaşayır. Xüsusi xidmət orqanları onu İŞİD-in yerli özəyinin təşkilatçılarından biri hesab edir.

58