Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Putindən Türkiyə vətəndaşları ilə bağlı önəmli sərəncam

150
(Yenilənib 19:56 06.02.2019)
Rusiya XİN-ə Türkiyə tərəfini müvafiq göstəriş barədə məlumatlandırmaq tapşırılıb

BAKI, 6 fevral — Sputnik. Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı bir sıra məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılması haqqında sərəncam imzalayıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Belə ki, sərəncama əsasən iş səyahəti üçün Rusiyaya gələn Türkiyə vətəndaşlarından vizanın tələb edilməsi qadağan edilib.

Rusiya XİN-ə Türkiyə tərəfini müvafiq göstəriş barədə məlumatlandırmaq tapşırılıb.

150