Многоцелевые истребители Су-30СМ

Ermənistan Rusiyadan yeni qırıcılar alıb

119
(Yenilənib 15:06 31.01.2019)
Gizli məlumat olduğu üçün Müdafiə Nazirliyi qırıcıların sayı və sövdələşmənin dəyəri haqqında məlumat verməyib

BAKI, 31 yanvar — Sputnik. Ermənistan Rusiyadan "Su-30 SM" tipli qırıcı təyyarələr alıb. Sputnik Ermənistan bu barədə Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Ermənistan Respublikası Rusiya tərəfi ilə "Su-30 SM" qırıcılarının alınmasına dair müvafiq saziş imzalayıb" - deyə məlumatda bildirilir.

Gizli məlumat olduğu üçün Ermənistan Müdafiə Nazirliyi qırıcıların sayı və sövdələşmənin dəyəri haqqında məlumat verməyib. Həmçinin, vurğulanıb ki, Rusiya tərəfindən götürülən 100 milyon dollar dəyərində kredit çərçivəsində silahların alınması prosesi reallaşma mərhələsindədir.

119
Teqlər:
Müdafiə Nazirliyi, təyyarə, qırıcı, Rusiya, Ermənistan
Əlaqədar
Ermənistan qırıcısı yoxa çıxıb
Rusiya səmasında iki qırıcı təyyarə toqquşub
İsrail qırıcıları Qəzzanı bombalayıb
Çin qırıcı istehsalında dünyada bir ilkə imza atacaq