Aeroflotun stüardessaları, arxiv şəkli

Sərnişin stüardessanı vurdu, hər kəsi təhqir etdi

2862
(Yenilənib 19:59 29.01.2019)
Stüardessanın travması ciddi olarsa sərnişin haqqında cinayət işi açıla bilər.

BAKI, 30 yanvar — Sputnik.  Sankt-Peterburqdan Antalyaya uçan təyyarədə qalmaqal baş verib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, sərnişinlərdən biri təyyarə göyə qalxandan sonra hay-küy salmağa başlayıb. Heyət planlanmadan Soçidə eniş etmək qərarı verib. Sərnişin əsəbi halda olduğu üçün heyət üzvlərini təhqir edib və stüardessalardan birini vurub. Soçidə stüardessa və sərnişin həkimlər tərəfindən müayinə olunub.

Stüardessanın travması ciddi olarsa, sərnişin haqqında cinayət işi açıla bilər.

2862