ABŞ bayrağı

Şərqi Avropada ABŞ-qa qarşı böyük dirəniş

88
(Yenilənib 12:41 28.01.2019)
Macarıstan hökumətinin rəhbəri Vaşinqtondan gələn iki tələbi rədd edib

BAKI, 28 yanvar — Sputnik. "Biz ABŞ-ın tələblərini yerinə yetirmək yox, neytral xarici siyasət yürütmək istəyirik". Sputnik Azərbaycan "Wall Street Journal"-a istinadən xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban amerikalı diplomatlarla görüşündə belə açıqlama verib.

Məlumata görə, amerikalılar Macarıstan hökumətindən Çinin kiber-casusluğuna qarşı durmağı və Rusiya əleyhinə Ukraynanı dəstəkləməyi istəyiblər. Lakin Orban hər iki tələbi yerinə yetirməkdən imtina edib. O, bildirib ki, Macarıstan "Avstriya kimi neytral olmaq istəyir".

Nəşr yazır ki, əksinə, Macarıstan baş naziri ölkənin informasiya infrastrukturuna Çin investisiyalarını cəlb edir, həmçinin NATO ilə Kiyev arasında nazirlər səviyyəsində danışıqların aparılmasına qarşı çıxır.

"Orban, həmçinin Ukraynada milli azlıqlar üçün macar dilində təhsil almaq imkanlarının azalmasına dair vəziyyətdən narazıdır" - deyə məqalədə vurğulanır.

Qeyd edək ki, 2018-ci ilin sonunda Rusiya prezidenti Vladimir Putin Rusiya-Macarıstan əlaqələrində əhəmiyyətli inkişafa nail olunduğunu və yeni mərhələyə çatıldığını bəyan edib. O, həmçinin ümid etdiyini dilə gətirib ki, müxtəlif sahələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün işlər aparılacaq.

88
Teqlər:
Rusiya, Çin, baş nazir, ABŞ, amerikalı, Macarıstan
Əlaqədar
Çin və Şimali Koreya ABŞ-a qarşı birləşəcək
Yeni vahimə: ABŞ Rusiya və Çinə qarşı nüvə silahından istifadə etmək niyyətindədir
ABŞ-da Çin xofu yayılıb: Onların rəqibi yoxdur
Rusiyada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

Rusiyada bir gündə 500-dən çox adam koronavirusdan öldü

8
(Yenilənib 15:15 25.11.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2162503-ə çatıb. Rusiyada pandemiya yayılandan 37538 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1660419-a çatıb.

BAKI, 25 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 23 675 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 507 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2162503-ə çatıb. Rusiyada pandemiya yayılandan 37538 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1660419-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 59,8 milyonu keçib, 1,41 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

8
Teqlər:
ÜST, korona virusu, Koronavirus, epidemiya, COVID-19, Rusiya
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Qarabağa görə Putinə zəng vurdu

68
(Yenilənib 09:58 25.11.2020)
Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.

BAKI, 24 noyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng vurub.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, iki ölkənin liderləri Türkiyə ilə Rusiya arasında ticari həcmin artırılması, Dağlıq Qarabağ, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan Dağlıq Qarabağda Türkiyənin Rusiya ilə birlikdə quracağı Müştərək Mərkəzin qısa zamanda fəaliyyətə başlamasını gözlədiklərini vurğulayıb.

Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.  

Ərdoğan Minsk qrupu həmsədrlərinin sülh üçün atılan addımları tənqid etmələrini anlamadığını da dilə gətirib.   

68
Teqlər:
telefon zəngi, Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan, Azərbaycan, Rusiya, Türkiyə, Qarabağ

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

0
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0