Сотрудник правоохранительных органов у здания школы

Rusiyada məktəb atəşə tutulub

82
(Yenilənib 14:45 25.01.2019)
Hadisəni törədən şəxs bu addımı qisas məqsədilə atdığını deyib

BAKI, 25 yanvar — Sputnik. Rusiyanın Krasnoyarsk vilayətinin Yenisey rayonunun Ablakova qəsəbəsində 9-cu sinif şagirdi məktəbi atəşə tutub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbr verir ki, şagird silahla məktəbə daxil olmaq istəsə də, növbətçi onu içəri buraxmayıb.

Bu zaman o, çölə çıxaraq məktəbin binasının pəncərləini və park yerində saxlanılmış avtomobilləri atəşə tutub. Hadisə zamanı məktəbin bütün girişləri bağlanıb. Hadisə yerinə polis əməkdaşları gəlib və şagird həbs edilib.

Qeyd olunur ki, insident zamanı heç kim xəsarət almayıb. Sorğu zamanı şagird bildiirb ki, onu bir neçə gün əvvəl döyən sinif yoldaşından qisas almaq üçün bu addımı atıb. Dediyinə görə, o, həmin sinif yoldaşına bir dəfə atəş açıb, lakin mərmi hədəfə dəyməyib.

Məlumata görə, yeniyetmənin əqli qüsuru var. Ata-anası valideynlik hüququndan məhrum edildiyi üçün uşaq qardaş və bacıları ilə birgə nənə-babasının yanında yaşayır.

82
Əlaqədar
Gürcüstanın ali məktəblərində qripə görə tədris prosesi dayandırılıb
Güclü külək bir neçə məktəbə ciddi ziyan vurub
Dünyada 262 milyon uşaq məktəbə getmir - MÜRACİƏT