Kerç boğazında faciə

Rusiya sahillərində böyük fəlakət yaşanır, ölənlər yaralananlar var

5495
(Yenilənib 10:54 22.01.2019)
9 nəfərin taleyi barədə məlumat yoxdur

BAKI, 22 yanvar — Sputnik. Qara dənizdə Kerç boğazı yaxınlığında Tanzaniya bayağı altında üzən və içərisində sıxılmış qaz olan iki tankerdə yanğın başlayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

İlkin məlumatlara görə, "Kandi" və "Maestro" adlı gəmi göyərtədən göyərtəyə yanacaq ötürərkən alışma baş verib. Rusiya xilasediciləri yanğın nəticəsində göyərtədə olan 32 nəfər ekipaj üzvündən 12-sini xilas edə biliblər. 

Həlak olan 11 ekipaj üzvünün cəsədini çıxardıb. Daha 9 nəfərin taleyi barədə məlumat yoxdur. Hazırda yanğın davam edir.

Gəminin heyət üzvlərinin Türkiyə və Hindistan vətəndaşlarından ibarət olduğu bildirilir. Gəminin heyət üzvlərindən 16-nın, xilas edilənlərdən isə 8-nin Türkiyə vətəndaşları olduğu qeyd olunur.

Axtarış işlərinə “Mİ-8” helikopteri də cəlb olunub. Xilas edilən dənizçilərin Kerç şəhərinə gətirilməsi planlaşdırılır. Lakin əlverişsiz hava şəraiti buna hələlik mane olur.

“Maestro” və “Kandi” tankerlərində, təxminən 4,7 min ton sıxılmış qaz olduğu bildirilir.

5495
Teqlər:
Kerç, Qara dəniz, yaralananlar, ölənlər, yanğın, tanker, Rusiya
Əlaqədar
Rusiyada yanğın nəticəsində azərbaycanlı ailə həlak olub
Rusiya Azərbaycan üçün iki tanker inşa edəcək
Xəzər dənizində Rusiyaya məxsus tanker yanır
Rusiyalı minaaxtaran, arxiv şəkli

Rusiya SQ-nın istehkamçıları Qarabağda minatəmizləmə əməliyyatına başlayıblar

10
(Yenilənib 21:33 23.11.2020)
Pavel Pautov deyib ki, bu gündən istehkamçılar yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar Rusiya hərbi kontingentinin stasionar postlarının tikiləcəyi yerlərdə partlamaq təhlükəsi olan predmetlərin mövcudluğunu yoxlayacaqlar.

BAKI, 23 noyabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin (SQ) istehkamçıları Dağlıq Qarabağda sülhməramlıların cavabdeh olduğu ərazilərdə minatəmizləmə əməliyyatına başlayıblar.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya hərbi kontingentinin mühəndis xidmətinin rəisi polkovnik-leytenant Pavel Pautov bildirib.

"Bu gündən istehkamçılarımız yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar yerlərdə partlayıcı təhlükəli predmetlərin mövcudluğunu yoxlayacaqlar, harada ki, Rusiya hərbi kontingentinin stasionar postları tikiləcək" - deyə rusiyalı hərbçi vurğulayıb.

10
Teqlər:
sülhməramlılar, Rusiya, Mina
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

12
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

12
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus
Xankəndi şəhərinə mənzərə, arxiv şəkli

Dövlət Tərcümə Mərkəzi "Xankəndi necə Stepanakert oldu" adlı sənədli videoçarx hazırlayıb

0
Beynəlxalq internet məkanında, sosial şəbəkələrdə 10 dildə yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

BAKI, 23 noyabr — Sputnik. Dövlət Tərcümə Mərkəzi qədim Xankəndinin tarixindən, Rusiya və İran arasında bağlanmış 1828-ci il tarixli Türkmənçay müqaviləsinə əsasən, Dağlıq Qarabağa köçürülmüş ermənilərin uzun illər boyu Azərbaycanın bu əzəli torpaqlarında apardığı erməniləşdirmə siyasətindən bəhs edən "Xankəndi necə Stepanakert oldu" adlı sənədli videoçarx hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrayna, ispan və alman dilində yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

0
Teqlər:
kütləvi informasiya vasitələri, ingilis, ərəb, fars, Dağlıq Qarabağ, Azərbaycan, sosial şəbəkələr, Xankəndi