Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Əri qadını qaz ilə döyərək öldürdü

CC0 / Alexas_Fotos / GooseQaz, arxiv şəkli
Qaz, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kişi qadını iş görməməkdə və spirtli içki içməkdə ittiham edib

BAKI, 18 yanvar — Sputnik. Başqırdıstanda həyat yoldaşını qəribə üsulla öldürmüş vətəndaşın məhkəməsi olacaq.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, 64 yaşlı kişi arvadı ilə birlikdə spirtli içki qəbul edib. Bu zaman ər ilə arvad arasında mübahisə başlayıb. Kişi qadını iş görməməkdə və spirtli içki içməkdə ittiham edib.

Mübahisə o qədər uzanıb ki, kişi kəsdiyi və axşam yeməyinə hazırladığı qaz ilə arvadını döyməyə başlayıb. Hadisədən sonra qadın yatıb. Bir müddət sonra onun halı pisləşib və ölüb.

Kişi arvadının ürək tutmasından öldüyünü düşünsə də, ekspertizanın rəyinə görə qadın aldığı xəsarətlərdən ölüb. Nəticədə kişi həbs edilib. O, əməlini etiraf edib.

Xəbər lenti
0