Amerikanın nüvə başlıqlı sualtı gəmisi

Yeni vahimə: ABŞ Rusiya Çinə qarşı nüvə silahından istifadə etmək niyyətindədir

8390
(Yenilənib 12:04 17.01.2019)
Tramp Administrasiyası: Bizim raket hücumundan müdafiə sistemlərimizin imkanları mümkün aqresiyanın qarşısını almağa çatır

BAKI, 17 yanvar — Sputnik. Amerika Birləşmiş Ştatları Rusiya və Çinin qarşısını almaq üçün nüvə silahını əsas alət kimi dəyərləndirməyə davam edəcək. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Tramp Administrasiyasının bir nümayəndəsi bildirib ki, Birləşmiş Ştatlar Rusiya və Çindən gözlənilən "potensial nüvə təhdidlərinin" qarşını almaq üçün nüvə silahına etibar edəcək: "ABŞ prezidenti Donald Tramp hər iki ölkə ilə yaxşı əlaqələr qurmağa ümid edir. Bizim raket hücumundan müdafiə sistemlərimizin imkanları mümkün aqresiyanın qarşısını almağa çatır".

Qeyd edək ki, ötən illin sonlarında ABŞ Rusiyanın hipersəs silahı qarşısında aciz olduğunu etiraf etmişdi. Belə ki, ötən ilin noyabrında Rusiya Müdafiə Nazirliyi Suriyada beşinci nəsil aviasiya kompleksinin hərbi fəaliyyətinin nümayiş etdirildiyi kadrları yayımlayıb. 1 dəqiqə 20 saniyəlik video Rusiya Müdafiə Nazirliyinin "Vkontakte"-dəki rəsmi hesabında yayımlanmışdı.

"Uçuşlar yeni nəsil təyyarənin real hərbi döyüşlər şəraitində bəyan edilən imkanlarını nümayiş etdirmək üçün həyata keçirilib" - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Uçuşlar zamanı pilotlar təyyarənin uçuş-texniki xüsusiyyətlərini, intellektual informasiya – idarəetmə kompleksini, silahlanma kompleksi də daxil olmaqla bütün bort sistemin işini yoxlayıb. Ümumilikdə, ekipaj "Su-57" təyyarəsində 10-dan artıq uçuş həyata keçirib.

"Su-57" beşinci nəsil Suriya aviasiya kompleksidir. Kompleks bütün növ hava, yerüstü və suüstü hədəfləri məhv etməyə qadirdir. Təyyarə yüksək manevrliyə, həmçinin hipersəs rejimində uçuş həyata keçirmək imkanına malikdir. Təyyarə bir saatda 2600 kilometr məsafə qət etmək iqtidarındadır.

8390
Teqlər:
Donald Tramp, nüvə silahı, ABŞ, Çin, Rusiya, Amerika Birləşmiş Ştatları
Əlaqədar
İmperiyanın nüvə silahı ilə məhvi planı olub - Gizli sənədlər açıqlandı
ABŞ-da yanğın fəlakəti - Nüvə həyəcanı yaşanır
Böyük müharibə hazırlığı başlayıb: Supergüclər bölgəyə nüvə silahları toplayır
İran ballistik nüvə sınağını həyata keçirib
Rusiyada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

Rusiyada bir gündə 500-dən çox adam koronavirusdan öldü

8
(Yenilənib 15:15 25.11.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2162503-ə çatıb. Rusiyada pandemiya yayılandan 37538 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1660419-a çatıb.

BAKI, 25 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 23 675 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 507 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2162503-ə çatıb. Rusiyada pandemiya yayılandan 37538 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1660419-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 59,8 milyonu keçib, 1,41 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

8
Teqlər:
ÜST, korona virusu, Koronavirus, epidemiya, COVID-19, Rusiya
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Qarabağa görə Putinə zəng vurdu

68
(Yenilənib 09:58 25.11.2020)
Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.

BAKI, 24 noyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng vurub.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, iki ölkənin liderləri Türkiyə ilə Rusiya arasında ticari həcmin artırılması, Dağlıq Qarabağ, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan Dağlıq Qarabağda Türkiyənin Rusiya ilə birlikdə quracağı Müştərək Mərkəzin qısa zamanda fəaliyyətə başlamasını gözlədiklərini vurğulayıb.

Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.  

Ərdoğan Minsk qrupu həmsədrlərinin sülh üçün atılan addımları tənqid etmələrini anlamadığını da dilə gətirib.   

68
Teqlər:
telefon zəngi, Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan, Azərbaycan, Rusiya, Türkiyə, Qarabağ

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

0
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0