Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Putin elə ifadələr işlədir ki, adamın qanı donur"

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidПрезидент РФ В. Путин встретился в Сочи с главой Сирии Б. Асадом
Президент РФ В. Путин встретился в Сочи с главой Сирии Б. Асадом - Sputnik Azərbaycan
Abunə olmaq
Peskov: "İstənilən normal kişi kimi o da bu və ya digər şəxsə və prosesə öz neqativ münasibətini bildirə bilər"

BAKI, 16 yanvar — Sputnik. "Rusiya prezidenti Vladimir Putin kiməsə və ya nəyəsə neqativ fikrini elə bildirə bilər ki, adamın qanı donar". Sputnik Azərbaycan xəbər verir ki, bunu "Arqumenti i faktı" nəşrinə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Pesko deyib.

Jurnalist Peskovdan "Putin söyüş söyürmü? Çünki, mədəniyyət üzrə Şuranın son iclasında ictimai mühitdə söyüşün icazəsi haqqında məsələni müzakirə edərkən prezident zarafatca qeyri-normativ leksikadan iclas zamanı istifadə etməyi təklif edib" deyə soruşub.

Və Peskovun cavabı belə olub: "Yalnız onu deyə bilərəm ki, istənilən normal kişi kimi o da bu və ya digər şəxsə və prosesə öz neqativ münasibətini bildirə bilər. Özü də elə edə bilər ki, insanın qan donar".

Xəbər lenti
0