Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya sərhədlərində sanitar–karantin tədbirləri gücləndirilib

© Sputnik / Vladimir UmikashviliGürcüstanda paytaxt sakinləri qripdən qorunurlar
Gürcüstanda paytaxt sakinləri qripdən qorunurlar - Sputnik Azərbaycan
Abunə olmaq
Həmçinin bildirlib ki, Rusiyada qripə qarşı 49 faiz insan peyvənd edilib.

BAKI, 16 yanvar — Sputnik. Rusiyanın bütün sərhəd keçid məntəqələrində sanitar–karantin tədbirləri gücləndirilib.

Sputnik Gürcüstan xəbər verir ki, bu barədə Rusiya İstehlakçların Hüquqularının və İnsan Rifahının Mühafizəsinə Nəzarət Federal Xidməti açıqlama verib.

Ermənistanda təcili yardım maşını - Sputnik Azərbaycan
RUSİYA
Qonşu ölkədə "donuz qripi"ndən növbəti ölüm baş verdi

"Qrip virusu Avropa ölkələrində İslandiya, Norveç, Portuqaliya, İsveç və Türkiyədə geniş yayılmağa başlayıb. 8 ölkədə xəstəliyin regional oyanması və 4 ölkədə - Misir, Latviya, Slovakiya və Özbəkistanda isə lokal oyanma müşahidə edilir", – deyə açıqlamada bildirilib.

Açıqlamada Gürcüstandakı vəziyyət xüsusi olaraq qeyd eidlib.

"Gürcüstanda A (H1N1)09 virusu ötən ilin 45 ci həftəsində qeydə alınıb. Gürcüstan qrip əleyihinə 56 min insan peyvənd edilib. Bu da əhalinin 1,5 faizini təşkil edir" – deyə bildirilib.

Qurumun açıqlamasında qeyd edilib ki, 2019-cu ildə Gürcüstanla sərhəddə keçid məntəqələrində yoluxucu xəstəlik əlamətləri olan xəstələr müəyyən edilməyib.

Эпидемический грипп и ОРВИ - Sputnik Azərbaycan
SƏHİYYƏ
"Donuz qripi"nin Azərbaycana niyə keçmədiyinin səbəbi məlum oldu

Açıqlamada Rusiya vətəndaşlarına səyahətlərin planlaşdırılması zamanı qrip ilə əlaqədar vəziyyəti nəzərə almalarının vacibliyini qeyd edilib.

Həmçinin bildirlib ki, Rusiyada qripə qarşı 49 faiz insan peyvənd edilib.

Xatırladaq ki, hazırd Gürcüstanda hər 100 min nəfərdən 253 nəfəri qrip virusuna yoluxub. Xəstəlik epidemiya halını almayıb.

Bu günə qədər "donuz qripindən" 17 nəfər ölüb.

Xəbər lenti
0