На месте взрыва бытового газа в городе Шахты Ростовской области

Rusiyada daha bir güclü partlayış baş verib, ölən yaralananlar var

129
(Yenilənib 11:38 14.01.2019)
Partlayış nəticəsində 4 mənzilə zərər dəyib

BAKI, 14 yanvar — Sputnik. Rusiyanın Rostov vilayətinin Şaxtı şəhərində, yaşayış binalarından birində partlayış baş verib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və xəsarət alanlar var.

Əraziyə dərhal xilasedicilər cəlb olunub. Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir. Daha bir neçə nəfərin isə dağıntılar altında qaldığı qeyd olunur.

Partlayış nəticəsində 4 mənzilə zərər dəyib. Həmin mənzillərdə, ümumilikdə 12 nəfərin yaşadığı vurğulanır.

Xatırladaq ki, ötən ilin sonunda Rusiyanın Maqnitaqorsk şəhərində də analoji hadisə baş vermiş, xeyli sayda insan həlak olmuş və xəsarət almışdı.

129
Teqlər:
xəsarət, yaşayış binası, Partlayış, Rusiya
Əlaqədar
Partlayış qurbanlarının sayı artır
Parisdəki dəhşətli partlayışda ölənlərin sayı artır
Evi qızdırmaq istəyərkən partlayış baş verdi
İsrailin Xarici İşlər Nazirliyinin binasında partlayış olub
Bakıda baş verən dəhşətli partlayışla bağlı yeni xəbər