Rusiya XİN-in binası

Səfirlər Rusiya XİN-ə çağırıldı

38
(Yenilənib 12:11 12.01.2019)
Görüş iştirakçıları, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi də aparıb.

BAKI, 12 yanvar — Sputnik. Moskvada cümə günü Rusiya xarici işlər naziri Sergey Lavrovun MDB ölkələrinin səfirləri ilə ənənəvi görüşü baş tutub. Sputnik Azərbaycan Rusiya XİN-inə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Məlumata əsasən, görüş zamanı 2018-ci ildə Birlik formatında çoxtərəfli qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə dair 2018-ci ildə görülən işlərin yekunları dəyərləndirilib, həmçinin 2019-cu ildə Türkmənistanın sədrliyi dövründə MDB-də prioritetlər və əsas hədəflər dəqiqləşdirilib.

Görüş iştirakçıları, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi də aparıb.

38