Флаги ЕС

Avropa Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

27
(Yenilənib 16:50 28.12.2018)
Sanksiyalar maliyyə, energetika və müdafiə sektorları, o cümlədən ikili təyinata malik mallara şamil olunur

BAKI, 29 dekabr — Sputnik. Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılması barədə qərar qəbul edib. Bu barədə Sputnik Azərbaycan RİA Novostiyə istinadən xəbər verir.

"Bu qərar 31 iyul 2019-cu ilə qədər qüvvədədir. Qərar Avropa İttifaqının rəsmi jurnalında dərc olunduqdan bir gün sonra qüvvəyə minir", - deyə məlumatda bildirilir.

Sanksiyalar maliyyə, energetika və müdafiə sektorları, o cümlədən ikili təyinata malik mallara şamil olunur.

Qeyd edək ki, Aİ ilk dəfə bu sanksiyaları 31 iyul 2014-cü ildə Donbasda münaqişə fonunda 12 ay müddətinə tətbiq edib. Həmin ilin sentyabrında sanksiyalar genişləndirilib.

27
Teqlər:
Avropa İttifaqı, Rusiya, sanksiya
Əlaqədar
Qərar verildi – Rusiya Ukraynaya sanksiya tətbiq edir
Türkiyə Rusiya vətəndaşlarına sanksiya tətbiq etməyəcək
Rusiya Azərbaycana qarşı da sanksiya tətbiq edir?
Su 57

Dünya müharibəsinin gedişini birdəfəlik dəyişəcək addım - Rusiya bunu da etdi

207
(Yenilənib 12:42 06.08.2020)
Müəssisənin rəhbərinin sözlərinə görə, qırıcının şüşə örtüklə təmin olunması kabinanın radiolokasiya görünməzliyini təmin edir, həmçinin kütləsinin ikiqat həcmdə azalması fonunda onun zərbəyə davamlılığını ikiqat artırır.

BAKI, 6 avqust — Sputnik. Rusiya istehsalı "Su-57" qırıcılarının şüşə örtüklə əhatələnməsi onun pilotuna nüvə partlayışını, həmçinin elektromaqnit, ultrabənövşəyi və infraqırmızı şüalanmaya tab gətirməyə imkan verəcək. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu "Texnologiya" Obninsk elmi-istehsal müəssisəsinin icraçı direktoru Andrey Silkin qeyd edib.

Müəssisənin rəhbərinin sözlərinə görə, qırıcının şüşə örtüklə təmin olunması kabinanın radiolokasiya görünməzliyini təmin edir, həmçinin kütləsinin ikiqat həcmdə azalması fonunda onun zərbəyə davamlılığını ikiqat artırır.

Qeyd edək ki, 2019-cu ilin yanvarında "Rostex" döyüş aviasiyası üçün "radiolokasiya dalğalarını iki dəfə daha çox udan və təyyarənin kabinasının radiolokasiya görünməzliyini 30 faiz azaldan innovativ şüşə örtüyünün yaradıldığını elan edib. Şüşə örtüyü "Su-57", "Su-30", "Su-34", "MiQ-29K" və "Tu-160"-da quraşdırılacaq. Məlumatı şərh edən ABŞ-ın "The National Interest" jurnalı qeyd edib ki, kabinanın analoji örtüklə örtülməsi 1980-cı illərdən etibarən ABŞ-ın "F-16 Fighting Falcon" təyyarələrinə quraşdırılır.

Xatırladaq ki, Türkiyə dövləti Rusiyadan "Su-57" almaqda maraqlı olduğunu bildirib. "Rostex" rəhbərliyi isə təyyarəni Türkiyəyə tədarük etməyə hazır olduqlarını bildirib.

207
Moskvada turistlər, arxiv şəkli

Rusiya xarici turistlərin yoxluğundan dəymiş zərəri açıqlayıb

4
(Yenilənib 10:34 06.08.2020)
Ötən ilin yekunlarında turizm ölkəyə 10,9 milyard dollar gətirib. Bu, silahların, bir sıra əlvan metalların və taxtanın ixracından gələn gəlirlərlə müqayisə edilə bilər.

BAKI, 6 avqust — Sputnik. Rusiyanın Federal Turizm Agentliyinin (Rosturizm) rəhbəri Zarina Doquzova pandemiya fonunda sərhədlərin bağlanması və xarici turist axınının olmaması nəticəsində Rusiyanın üzləşdiyi zərərlərdən danışıb.

Sputnik Azərbaycan "Arqumentı i Faktı" nəşrinə istinadən xəbər verir ki, Doquzova ötən ilin yekunlarında turizmin ölkəyə 10,9 milyard dollar gətirdiyini bildirib. Bu, silahların, bir sıra əlvan metalların və taxtanın ixracından gələn gəlirlərlə müqayisə edilə bilər.

"Hesablamalara görə, itkilər təxminən 500 milyard rubl (6,7 milyard dollar) təşkil edib", — Doquzova bildirib.

O qeyd edib ki, Rusiya regionları 2021-ci il yanvarın 1-dən 53 ölkədən turistlər üçün tətbiq ediləcək elektron vizanın sayəsində zərəri qismən qarşılaya biləcək.

Koronavirus pandemiyasına görə, Rusiya martın 27-dən digər ölkələrlə müntəzəm və çarter hava əlaqəsini dayandırıb. Yalnız rusiyalıların xaricdən və xaricilərin Rusiyadan çıxarılması, eləcə də yük, poçt, sanitar və bir sıra digər reyslər istisna təşkil edib.

4
Yerevanda epdimioloji vəziyyət

Ermənistanda koronavirusa yoluxanların sayı 40 minə yaxınlaşır

0
(Yenilənib 13:29 06.08.2020)
Gürcüstanda isə daha 9 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1206-ya çatıb.

BAKI, 6 avqust — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 39819-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 233 nəfər artıb.

Ermənistanda son gündə daha 2 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 772-yə çatıb. Xəstəlikdən sağalanların sayı 31556 olub. Hazırda bu ölkədə 7263 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 9 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1206-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 18,8 milyonu keçib, 707 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0