Rusiya prezidenti Vladimir Putin

"Rusiya bütün tarixi boyu sanksiyalar altında yaşayıb" Putin

117
(Yenilənib 14:46 20.12.2018)
Rusiya prezidenti: "Onlar bizi bir çox sahələrdə beynimizi işə salmağa məcbur etdilər"

BAKI, 20 dekabr — Sputnik. "Rusiya, demək olar ki, özünün bütün tarixi boyu sanksiyalar altında yaşayıb". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında deyib.

O, həmçinin ötən əsrlərdə həyata keçirilən diplomatik fəaliyyətə nəzər salıb: "Bu, nə ilə bağlıdır? Rusiyanın qüdrətinin artması ilə bağlıdır. Güclü oyunçu ilə hesablaşmaq istəmirlər, amma hesablaşırlar. Sanksiyalar: burada məntiq haradadır? Burada bir məntiq yoxdur. Bu, sadəcə Rusiyanı dayandırmaq üçün əlavə addımlardır. Bizim iqtisadiyyatımız buna adaptasiya edilib".

Putin əlavə edib ki, sanksiyaların həm müsbət, həm də mənfi tərəfləri var: "Onlar bizi bir çox sahələrdə beynimizi işə salmağa məcbur etdilər. Xarici bazarlara satışların həcmi artıb. Kənd təəssüratı, avtomobil düzəltmə sahələrində vəziyyət yaxşılaşıb".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin hazırda mətbuat konfransı keçirir. Mətbuat konfransında iştirak etmək üçün 1702 jurnalist qeydiyyatdan keçib. Mətbuat konfransı iqtisadi, sosial, regional, beynəlxalq siyasət və digər məsələlərə həsr olunub.

Konfrans "Rossiya-1", "Rossiya-24", "Pervıy kanal" televiziya kanalları, "Mayak", "Vesti FM", "Radio Rossii" radiostansiyaları vasitəsilə canlı yayımlanır.

117
Teqlər:
Vladimir Putin, prezident, tarix, sanksiya, Rusiya
Əlaqədar
Rusiyanın Venesueladakı "bazası" göstərildi – FOTO
Rusiyada öldürülən 17 yaşlı azərbaycanlı qızın dəhşətli qətlinin təfərrüatı
Rusiya XİN-dən Yerevana: Özünüzdə cəsarət tapın
Paşinyan Rusiya və Belarusla qarşıdurmaya getdi