Moskva şəhəri

Moskvada azərbaycanlı qadın işlədiyi evdə ölüb

115
(Yenilənib 21:44 18.12.2018)
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

BAKI, 19 dekabr — Sputnik. Moskvada azərbaycanlı qadın işlədiyi evdə ölü tapılıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, dekabrın 17-də mərkəzdə müvəqqəti qeydiyyatdan keçmiş Azərbaycan əsilli 43 yaşlı qadının meyidi tapılıb. İlkin məlumata görə, ölümə səbəb kəskin ürək-damar çatışmazlığı olub.

"Meyidi 37 yaşlı ev sahibi aşkar edib. Qadın həmin şəxsin evində dayə işləyirmiş. Uşağın ölümə şahid olduğu müəyyən edilməyib" - deyə hüquq-mühafizə orqanlarından bildirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Meyit morqa aparılıb.

115