Vladimir Putin

Putin Yaponiyanı "fəth" edib

170
(Yenilənib 11:07 17.12.2018)
Üzərində 66 yaşlı prezidentin əks olunduğu təqvimlər Yaponiyada bir neçə günə satılıb

BAKI, 17 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putinin şəkli olan təqvimlər Yaponiyada satış rekordu qırıb. Bu barədə Sputnik Azərbaycan "Japan Today"-ə istinadən xəbər verir.

Nəşr yazır ki, üzərində 66 yaşlı prezidentin əks olunduğu təqvimlər Yaponiyada bir neçə günə satılıb. Putinin əks olunduğu təqvim satış həcminə görə, "ulduzlar"ın əks olunduğu analoji təqvimləri üstələyib.

Qeyd edək ki, Putin Yaponiyada orta yaşlı evdar qadınlar üçün bir növ bütə çevrilib. Hətta 40-80 yaş arasında olan qadınların daxil olduğu Rusiya prezidentinin pərəstişkarlarının klubu da var.

170
Teqlər:
qadın, təqvim, şəkil, Yaponiya, Vladimir Putin, prezident, Rusiya
Əlaqədar
Putindən heyrətə salan açıqlama: "Prezident vəzifəsindən imtina etdim"
Rusiyalılar yenə Putini seçdilər
Putin Dmitri Kiselyova 3 dəqiqə vaxt verib…
Lavrov: “Vladimir Putin İlham Əliyevin şəxsi münasibətlərini yüksək qiymətləndirir”