Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya azərbaycanlı terrorçunu axtarır

© AFP 2023 / PHILIPPE DESMAZESИнтерпол
Интерпол - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın hüququ-mühafizə orqanları terror aktı törətməyə hazırlaşmaqda və terror qruplaşmalarına qoşulmaqda ittiham etdiyi Azərbaycan vətəndaşı barədə axtarış elan edib

BAKI, 7 dekabr — Sputnik. Rusiyanın hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşı haqqında beynəlxalq axtarış elan ediblər. Azərbaycanlı bir sıra ağır cinayətlərdə, o cümlədən terrorizmdə günahlandırılır. Sputnik Azərbaycan-ın məlumatına görə bu barədə xəbəri dekabrın 7-də İnterpolun rəsmi saytı yayıb.

Beynəlxalq Polis Təşkilatının saytında qeyd olunub ki, Rusiya Federasiyasının hüquq-mühafizə orqanları 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Xəyal Əliyevi axtarır. 25 yaşlı Əliyev Azərbaycanın Sumqayıt şəhərində doğulub. O, Azərbaycan və rus dillərini bilir.

Məlumatda bildirilir ki, hazırda Rusiyada yaşayan Xəyal Əliyev terror fəaliyyəti məqsədilə təlim keçməkdə və terror təşkilatının fəaliyyətində iştirak etməkdə ittiham edilir.

Rusiya KİV-lərinin yazdığına görə, Əliyev sələfi dini təriqətini təmsil edir və onun qadağan olunmuş "İslam dövləti" terror təşkilatına (İŞİD) qoşulduğu ehtimal edilir.

 

Xəbər lenti
0