Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml üzərində hərbi helikopterlər peyda oldu, əhali təşvişə düşdü - VİDEO

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidВертолетная площадка
Вертолетная площадка - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Federal Təhlükəsizlik Xidməti dünən iki helikopterin Kreml ərazisi üzərindən uçmasını şərh eləməkdən imtina edib

BAKI, 23 noyabr — Sputnik. Kremlin üzərindən hərbi helikopterlərin uçması böyük marağa, eyni zamanda əhali arasında təşvişə səbəb olub. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, ötən gün sosial şəbəkələrdə yayılan foto və video görüntülərdə iki helikopterin Kreml üzərində uçduğu aydın görünür.

Onlardan birinin insan fiqurlarına bənzər yük daşıdığı da müşahidə edilib.

Rusiya Federal Təhlükəsizlik Xidməti dünən iki helikopterin Kreml ərazisi üzərindən uçmasını şərh eləməkdən imtina edib. Bu gün isə Federal Xidmətinin nümayəndəsi Kreml üzərində hərbi helikopterlərin uçması səbəbini açıqlayıb. Nümayəndənin sözlərinə görə, həmin gün Moskvada planlaşdırılmış uçuşlar həyata keçirilib.

Xəbər lenti
0