SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiyadan Suriya açıqlaması: Vəziyyət çox çətindir

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidОфициальный представитель министерства иностранных дел России Мария Захарова
Официальный представитель министерства иностранных дел России Мария Захарова - Sputnik Azərbaycan
Abunə olmaq
Zaxarova İdlib bölgəsindəki vəziyyət ilə bağlı hələ də çox narahat olduqlarını açıqlayıb

BAKI, 22 noyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Suriyanın İdlib bölgəsindəki vəziyyət ilə bağlı hələ də çox narahat olduqlarını açıqlayıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Zaxarova ötən həftə İdlibdə "Əl-Qaidə" ilə əlaqəli qrupların Cirin qəsəbəsində rejim ordusuna qarşı təşkil etdiyi hücumda 18 əsgərin öldüyünü xatırladıb: "Bunun kimi qanlı təxribatlar, Soçi razılığını yerinə yetirmək səylərinə baxmayaraq İdlibdə tərksilah edilmiş zona yaradılması ilə bağlı çətinliklərin hələ də davam etdiyini göstərir".

Qeyd edək ki, Soçidə imzalanan anlaşmaya görə, terrorçu təşkilatların 15 oktyabradək İdlibdən geri çəkilməsi lazım idi. Ancaq bu müddətin bitməsinə baxmayaraq terrorçu təşkilatların hamısı ərazidən çıxmayıb. Rusiya rəsmiləri bunun asan iş olmadığını qeyd edir.

 

Xəbər lenti
0