Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsini təbliğ edən daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılıb

Moskvada Heydər Əliyev Fondunun daha bir layihəsi - "Yeddi gözəl" sərgisi açılıb

49
Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edib

BAKI, 21 noyabr - Sputnik. Noyabrın 20-də Moskvadakı Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyində “Yeddi gözəl” sərgisi açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.

Sərgi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə keçirilir. 

Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi
© Foto: Heydər Əliyev Fondunun mətbuat xidməti

Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib : “Bu gün biz “Yeddi gözəl” sərgisinin açılışını edirik. Sərginin konsepsiyası XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin poeması və dünya şöhrətli bəstəkar Qara Qarayevin baleti əsasında qurulub. Bu gün siz miniatürləri, xalçaları və zinət əşyalarını görə biləcəksiniz. Ekspozisiya, həmçinin Azərbaycan klassik musiqisi, klassik rəqslər və müasir incəsənət elementləri ilə zənginləşdirilib. Sərgiyə gələn tamaşaçılar yeddi gözəl və Bəhram şah əfsanəsinin sehrinə dalacaqlar. “Yeddi gözəl” poeması Şərq poeziyasının ən yaxşı nümunələrindən biridir. Poemanın dərinliyi, fəlsəfi aləmi xalçalar, kitab miniatürləri proyeksiyaları, dekorativ tətbiqi sənət nümunələri və instalyasiyalar vasitəsilə təqdim olunur. “Yeddi gözəl” baletinə həsr olunmuş və bu gün tamaşaçılara təqdim olunan arxiv materialları çox qiymətli tarixi arayışlardır. Bu gün siz qədim afişalar, baletin proqramları, fotoşəkillər vasitəsilə informasiya əldə edə bilərsiniz. “Yeddi gözəl” sərgisinin açılışı olduqca əhəmiyyətlidir. Çünki dahi Nizaminin əsərləri Azərbaycan ədəbiyyatının böyük bir dövrünü əhatə edir.

Əziz dostlar, müddətsiz yaradıcılıq göylərin bizə göndərdiyi nemətdir. O, insana daha da yaxşı olmaqda, öz qəlbinin dərinliklərinə varmaqda və ən ali qüvvə olan sevgini özü üçün açmaqda kömək edir. 

Mən bu imkanı yaratdığına görə Yelena Titovaya təşəkkürümü bildirmək istəyirəm. Sərgi üzərində işləyən hər kəsə təşəkkür edirəm. Bu gün bizimlə olduğunuz üçün hamınıza minnətdaram”.

Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyinin direktoru Yelena Titova çıxış edərək bildirib ki, muzeyin Azərbaycandan olan həmkarları ilə çox yaxşı əlaqələri var. Heydər Əliyev Fondu və Azərbaycan Xalça Muzeyi ilə xüsusilə səmimi münasibətlərinin olduğunu diqqətə çatdıran Y.Titova deyib: ““Yeddi gözəl” şərqsayağı zərif, dərin fəlsəfi mənaya və valehedici dizayna malik sərgidir. Sərgidə müasir texnologiyalar, zəngin tarix, rəssamların ustalığı əksini tapıb. Sərgi salonlarının əksəriyyəti Qara Qarayevin yaradıcılığına həsr olunub. Onun “Yeddi gözəl” baleti nadir əsərdir. Lakin sərgi təkcə balet haqqında deyil, onun konsepsiyası daha genişdir. Ekspozisiya böyük Azərbaycan eposu - XII əsr dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin poemasına əsaslanır”.

Y. Titova sərginin təşkilinə görə Heydər Əliyev Fonduna, Azərbaycan Xalça Muzeyinin əməkdaşlarına və bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.

49
Əlaqədar
Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı sərgi təşkil olunub
"Caspian Oil and Gas" yubiley sərgisi
Bakıda Fransa Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisi açılıb
Cümhuriyyətin ilk paytaxtı və son istehkamında tarixi sərgi