Многофункциональный истребитель Су-57

Rusiya yeni nəsil qırıcısı ilə düşmənlərinə "meydan oxudu" VİDEO

10168
(Yenilənib 15:57 19.11.2018)
Təyyarə bir saatda 2600 kilometr məsafə qət etmək iqtidarındadır

BAKI, 19 noyabr — Sputnik. Rusiya Müdafiə Nazirliyi Suriyada beşinci nəsil aviasiya kompleksinin hərbi fəaliyyətinin nümayiş etdirildiyi kadrları yayımlayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, 1 dəqiqə 20 saniyəlik video Rusiya Müdafiə Nazirliyinin "Vkontakte"-dəki rəsmi hesabında yayımlanıb.

"Uçuşlar yeni nəsil təyyarənin real hərbi döyüşlər şəraitində bəyan edilən imkanlarını nümayiş etdirmək üçün həyata keçirilib" - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Uçuşlar zamanı pilotlar təyyarənin uçuş-texniki xüsusiyyətlərini, intellektual informasiya – idarəetmə kompleksini, silahlanma kompleksi də daxil olmaqla bütün bort sistemin işini yoxlayıb. Ümumilikdə, ekipaj "Su-57" təyyarəsində 10-dan artıq uçuş həyata keçirib.

"Su-57" beşinci nəsil Suriya aviasiya kompleksidir. Kompleks bütün növ hava, yerüstü və suüstü hədəfləri məhv etməyə qadirdir. Təyyarə yüksək manevrliyə, həmçinin hipersəs rejimində uçuş həyata keçirmək imkanına malikdir. Təyyarə bir saatda 2600 kilometr məsafə qət etmək iqtidarındadır.

10168
Teqlər:
Suriya, təyyarə, qırıcı, Rusiya
Əlaqədar
Azərbaycan və Türkiyə qırıcıları birgə əməliyyatları davam etdirir – VİDEO
Rusiya və ABŞ qırıcıları səmada qarşı-qarşıya gəldi - VİDEO
ABŞ qırıcısı Yaponiya sahilində qəzaya uğrayıb