Kəşfiyyat dinləmələri. Arxiv şəkli

Rusiya ətrafında yeni diplomatik münaqişə başlayıb - Casus şoku

52
(Yenilənib 14:51 09.11.2018)
Avstriyanın xarici işlər naziri casus qalmaqalı ilə bağlı Rusiyaya planlaşdırılan səfərini təxirə salıb

BAKI, 9 noyabr — Sputnik. Avstriyada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən Avstriya Silahlı Qüvvələrinin sabiq polkovniki saxlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Kronen Zeitung" nəşri Avstriya Müdafiə Nazirliyində olan mənbəyə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, polkovnik Avstriya Hərbi Hava Qüvvələri, artilleriya sistemləri, miqrasiya böhranı, o cümlədən bir sıra yüksək rütbəli hərbçilər haqqında məlumatlar toplamalı imiş. Və ayda 2 dəfə Rusiyadan olan Yuri adlı şəxslə görüşməli imiş.

Qeyd olunur ki, Zaltsburqdan olan hərbçi 1990-cı ildən bu günədək Rusiyanın xeyrinə casusluq edib və bunun müqabilində 300 min avro (600 min manat - red.) qazanıb

Avstriya kansleri Sebastyan Kurtz və müdafiə naziri Mario Kunasek yaxın vaxtlarda bəyənatla çıxış edəcək. Rəsmi Moskva isə məlumatı şərh etməkdən imtina edib.

Avstriyanın xarici işlər naziri casus qalmaqalı ilə bağlı Rusiyaya planlaşdırılan səfərini təxirə salıb və Rusiyanın bu ölkədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

52
Teqlər:
casus, Avstriya, Rusiya
Əlaqədar
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
Rusiyada böyük terror aktlarının qarşısı alınıb
Qəti qərar verildi – Rusiyaya qarşı sanksiyalar ləğv edilməyəcək
Azərbaycanlı keçmiş polis Rusiyada qətl törətdi