Ayı

Ac ayı oğlanı parça-parça edib

372
(Yenilənib 14:54 09.11.2018)
Xilasedicilər əraziyə çatanda ayı parçaladığı yeniyetmənin qalıqlarını basdırırmış

BAKI, 9 noyabr — Sputnik. Rusiyanın şərqində yerləşən Kamçatka yarımadasının Lazo kəndində faciə baş verib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, 15 yaşlı Rodion və 13 yaşlı Boris adlı iki yeniyetmə atalarının iş yerində olan saunaya gediblər. Və ora gedə bilmək üçün ayılar olan meşədən keçməli olublar.

Ayıların qış yuxusuna getdiyindən əmin olan uşaqlar bu yoldan rahat keçiblər. Lakin saunadan çıxaraq yenidən həmin meşə ilə qayıdan uşaqlar bu dəfə ayı ilə qarşılaşıblar.

Ayı Borisə hücum edib. Rodion ayının diqqətini dağıtmaq üçün müxtəlif hərəkətlər edib və heyvanın qəzəbinə tuş gəlib. Ayı Borisdən əl çəkərək Rodiona hücum edib.

Boris başından və qolundan yaralansa da, kəndə qaçaraq kömək çağırıb. Xilasedicilər Rodionu xilas etmək üçün meşəyə gəliblər. Onlar həmin əraziyə çatanda ayı parçaladığı Rodionun qalıqlarını basdırırmış. Uşağın boynunu qırın, qabırğalarını parçalayıbmış.

Rəsmilər bildiriblər ki, bu illər ərzində həmin ərazilərdə ayılar uşaqlara hücum etməyib. Bu, bir ilkdir.

Qeyd edək ki, Kamçatkada ayılar bəzən ac olanda kəndlərə gələrək yemək axtarırlar. Avqust ayında 23 yaşlı gənc də kəndə gələn ac ayının şikarına çevrilmişdi.

372
Teqlər:
ayı, oğlan, meşə
Əlaqədar
Qubada qanunsuz ayı ovlayanlardan xəbər var
Rusiya XİN rəhbəri Sergey Lavrov, arxiv şəkli

Lavrov: "Moskva Ankara ilə Türkiyə-Ukrayna hərbi əməkdaşlığını müzakirə edəcək"

148
(Yenilənib 18:28 21.06.2021)
Biz türkiyəli həmkarlarımızla müntəzəm dialoqdayıq, yaxın vaxtlarda növbəti görüş gözlənilir.Biz türkiyəli həmkarlarımızla müntəzəm dialoqdayıq, yaxın vaxtlarda növbəti görüş gözlənilir.

BAKI, 21 iyun — Sputnik. Rusiya yaxın vaxtlarda Türkiyə ilə görüşlər zamanı həmçinin Ankara və Kiyev arasında hərbi əməkdaşlıq məsələlərini də müzakirə edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Siz Ukrayna Xarici İşlər Nazirliyinin Ukrayna və Türkiyə hərbi-dəniz qüvvələri arasında əməkdaşlıq planları ilə bağlı bəyanatını qeyd etdiniz. Ukraynanı NATO-ya cəlb etmək cəhdləri ilə bağlı mövqeyimizi çox açıq şəkildə, birmənalı şəkildə bildirdik.

Şübhə etmirəm ki, ciddi, məsuliyyətli dövlətlər söhbətin nədən getdiyini yaxşı bilirlər. Biz türkiyəli həmkarlarımızla müntəzəm dialoqdayıq, yaxın vaxtlarda növbəti görüş gözlənilir. Mən düşünürəm ki, biz təbii ki, bu məsələyə dair də danışacağıq", - deyə Lavrov qeyd edib.

148
Moskvada Kremlə mənzərə, arxiv şəkli

General Kərəm Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvaya gedir

1472
Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

BAKI, 21 iyun — Sputnik. Azərbaycan Respublikası müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 22-dən 24-dək keçiriləcək IX Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

Sputnik Azərbaycan xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Beynəlxalq Təhlükəsizlik Konfransı

Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizliyin əsas suallarına cavab tapmaq üçün müdafiə idarələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət mütəxəssislərini bir araya gətirən illik bir forumdur.

Konfransdakı müzakirələr nəinki müxtəlif ölkələrin mövqelərini daha yaxşı anlamağa, həm də beynəlxalq hərbi əməkdaşlığın perspektivli sahələrini müəyyənləşdirməyə imkan verir.

İlk dəfə beynəlxalq konfrans 2012-ci il 3-4 may tarixlərində keçirilib və "Yeni təhlükəsizlik məkanının formalaşmasında raket əleyhinə müdafiə amili" mövzusuna həsr edilib.

 

1472
Teqlər:
general-leytenant Kərim Vəliyev, Beynəlxalq Təhlükəsizlik konfransı, Azərbaycan, Rusiya, Moskva
Zaqatala mənzərə

Azərbaycanın bölgələrində günlük kirayə ev bazarı canlanıb

0
(Yenilənib 18:03 21.06.2021)
Bölgələrdə günlük kirayə ev bazarında canlanma müşahidə edilir. Hətta evlərin əksəriyyəti əvvəlcədən sifarişlə tutulub. Qiymətlərdə 4-5 dəfə artım var.

BAKI, 21 iyun – Sputnik. Ötən il yayda paytaxtdan bölgələrə getməklə bağlı məhdudiyyət olduğundan rayonlara üz tutanların sayı xeyli azalmışdı. Bu səbəbdən də günlük kirayə evlərin qiymətləri də xeyli enmişdi. Şəkidə də günlük evlərin kirayəsi 5 dəfəyədək ucuzlaşmışdı. Sputnik Azərbaycan-ın bölgə müxbiri şimal-qərb bölgəsindəki hazırkı vəziyyəti araşdırıb. Məlum olub ki, bu il yüksək tələbat səbəbindən qiymətlər yenə əvvəlki vəziyyətinə qayıdıb.

Rayon sakini Barat Məmmədova Sputnik Azərbaycan-a bildirib ki, artıq qonaqları qarşılamağa hazırdırlar: “Keçən il pandemiya ilə əlaqədar olaraq heç bir nəfər də gələn olmadı. 100 manat, 80 manatlıq evləri 30 manata, 20 manata da saldırdıq, amma gələn olmadı. İndi yenə 80 manata, 100 manata razılaşma yolu ilə verə bilərik”.

Rieltor İlqar Muradov bildirir ki, bu il günlük kirayə evlərə tələbat çoxdur. Qiymətlər də ərazidən asılı olaraq 80-150 manat arasında dəyişir:

“Ay yarımdır ki, mənə zənglər gəlir, evlər sifariş olunur. Şəhərin yuxarı hissəsində -  Xan Sarayı tərəfdə, “Marxal”, “Dodu məhəlləsi” tərəflərdə qiymətlər 100-150 manat civarındadır. Qiymətlər öz axarına düşüb. Aşağıda isti olduğu üçün 30 manat civarında fərq var”.

Zaqatalada da günlük kirayə evlərə tələbat artıb. Rieltor İlkin Mirzəyinin sözlərinə görə, turistlər ən çox dağətəyi və yaşıllıq ərazilərdəki evlərə üstünlük verirlər: “Əvvəllər şəhərdəki evlərə maraq var idisə, indi kənd evlərinə üstünlük verirlər. Həm şəhərə yaxın, həm də dağətəyi olduğu üçün Car kəndindəki evlərə turistlərin marağı daha çoxdur”.

Rieltor bildirib ki, ötən ilə nisbətən qiymətlərdə də xeyli fərq var.

“Keçən il turist az idi deyə 50 manatlıq evlər hətta 20 manata qədər düşmüşdü. Bu il yaxşıdır. Tələbat var, gələn-gedənlərimiz var. Qiymətlər hazırda 30 manatdan başlayır. Şəraitdən asılı olaraq da 40-50, hətta 100 manata kimi qiymətlər dəyişir”.

Ev sahibləri də turist axınını nəzərə alaraq qiymətləri artırıblar. Rayon sakini Hikmət Məmmədovun sözlərinə görə, qonaqla danışıqdan asılı olaraq endirim də edirlər.

“Ötən il evləri 20 manata da verirdik, ancaq qalan yox idi. Bu il adam sayına baxırıq. 50 manata veririk, 40 manata olur. Tək adam olsa, 30 manata da veririk. Bir də uzunmüddətli qalan olanda endirim edirik. Gələn də var".

Rieltorlar vurğulayıblar ki, bu il xarici ölkələrə getməkdə müəyyən məhdudiyyətlər olduğundan vətəndaşlar əsasən rayonlara üz tutacaqlar. Bu səbəbdən də gündəlik kirayə ev qiymətlərinin iyul-avqust aylarında daha da artacağı gözlənilir.

Eləcə də oxuyun:

0
Teqlər:
yay mövsümü, qiymətlər, Qax, Zaqatala, Şəki, bölgələr, kirayə mənzil, kirayə ev, kirayə