Обеспечение безопасности в российских школах

Qonşu ölkədə məktəbləri qvardiya qoruyacaq

27
(Yenilənib 18:58 08.11.2018)
Layihə "Vahid Rusiya"nın ekspert şurası tərəfindən nəzərdən keçiriləcək

BAKI, 8 noyabr — Sputnik. Rusiyada məktəblərin Rusiya Qvardiyasının əməkdaşları tərəfindən qorunması təklif olunub. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata əsasən, bununla bağlı qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim olunub.

Qanun layihəsi Dövlət Dumasının əmək, sosial, siyasət və veteranlarla iş üzrə komitəsinin üzvü Sergey Vostretsov tərəfindən hazırlanıb. Layihə "Vahid Rusiya"nın ekspert şurası tərəfindən nəzərdən keçiriləcək.

27