Putin və Tramp

Putin Trampın yeni görüş yeri təsdiqləndi

37
(Yenilənib 18:38 08.11.2018)
"G20" sammiti 30 noyabr – 1 dekabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək

BAKI, 8 noyabr — Sputnik. Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Argentinada "G20" sammitində görüşəcəklər. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Belə bir razılaşma (Putin və Trampın Argentinada görüşü haqqında – red) var. Mənim buna dair başqa bir məlumatım yoxdur. Moskva və Vaşinqton bunu artıq ictimai qaydada təsdiqləyiblər. Prezidentlərin Administrasiyalarının nümayəndələri bununla bağlı açıqlamalar veriblər", — deyə Lavrov "Argentinada "G20" sammiti çərçivəsində Rusiya və ABŞ liderlərinin görüşü baş tutacaqmı?" sualını cavablandırarkən bildirib.

Qeyd edək ki, "G20" sammiti 30 noyabr – 1 dekabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək.

37