Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada böyük terror aktlarının qarşısı alınıb

© Photo : İnformasiya Mərkəzi NACRusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov - Sputnik Azərbaycan
Abunə olmaq
FTX: Terrorçular uçan pilotsuz aparatlardan istifadə edə bilərdilər

BAKI, 7 noyabr — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) 2018-ci il futbol üzrə Dünya Çempionatı zamanı baş verə biləcək terror aktlarının qarşısını alıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə FTX-nın direktoru Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, terrorçular uçan pilotsuz aparatlardan istifadə edə bilərdilər: "FTX orqanları terrorçular tərəfindən futbol üzrə Dünya Çempionatı zamanı pilotsuz uçan aparatların istifadəsini aşkarlamaq və qarşısını almaq üçün bütün lazımi tədbirləri görüb" - deyə Bortnikov bildirib.

FTX rəsmisi, eyni zamanda qeyd edib ki, terror aktları yalnız 2018-ci il Dünya Çempionatı zamanı deyil, həmçinin mundiala hazırlıq zamanı da baş verə bilərdi.

PKK üzvü, arxiv şəkli - Sputnik Azərbaycan
ABŞ PKK terrorçuları üçün böyük məbləğdə pul mükafatı ayırıb

Qeyd edək ki, 2018-ci ildə futbol üzrə XXI Dünya Çempionatı 14 iyun-15 iyul tarixlərində Rusiyada keçirilib. Finalda Xorvatiya millisinə 4:2 hesabı ilə qalib gələn Fransa yığması dünya çempionu adını qazanıb.

Fransızlar tarixlərində ikinci dəfə dünya çempionu adını qazanıblar. Buna qədər Fransa millisi 1998-ci ildə keçirilən dünya çempionatının qızıl medalını qazanmışdı.

Fransızların baş məşqçisi Didye Deşam isə həm futbolçu (1998-ci ildə— red.) qalib gələn komandanın aparıcı oyunçularından biri və kapitanı olub, həm də məşqçi kimi dünya kubokunu başı üzərinə qaldıran üçüncü şəxs olub. Buna qədər ancaq braziliyalı Mario Zaqallo və əfsanəvi Frans Bekkenbauer buna nail olublar.

Xorvatiya yığması isə finalda uduzsa da, öz tarixində bir ilk imza atıb. Xorvatlar ilk dəfə finala çıxıblar və ilk dəfə gümüş medal qazanıblar.

Xəbər lenti
0