Мужчина держит украинский национальный флаг

Rusiya Ukraynaya qarşı "əks-hücuma" keçdi

8123
(Yenilənib 14:00 01.11.2018)
Baş nazir Dmitri Medvedyev sanksiyaların tətbiqinə dair sərəncam imzalayıb

BAKI, 1 noyabr — Sputnik. Rusiyanın baş naziri Dmitri Medvedyev Ukrayna tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyalara cavab olaraq, qarşı tərəfə sanksiyaların tətbiqinə dair sərəncam imzalayıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

"Sanksiyalar 322 fiziki və 68 hüquqi şəxsə şamil olunacaq. Qərar Ukrayna tərəfinin Rusiya vətəndaşları və hüquqi şəxslərinə qarşı qeyri-dostyana hərəkətlərinə qarşı və ikitərəfli əlaqələrin normallaşdırılmasına yönəlib" - deyə sənədin mətnində bildirilir.

Sanksiyalar nəticəsində Rusiya ərazisində nağdsız pul vasitələrinin, sənədsiz qiymətli kağızların və əmlakın bloklanmasını, həmçinin Rusiya xaricinə pul vasitələrinin köçürülməsini qadağan edir.

8123
Teqlər:
Sanksiya, Ukrayna, Dmitri Medvedyev, baş nazir, Rusiya
Əlaqədar
Rusiya dövlət başçısından vacib Ukrayna bəyanatı
Qərar verildi – Rusiya Ukraynaya sanksiya tətbiq edir
Rusiyadan Ukraynaya cavab zərbəsi
Rusiya Ukraynaya nota verdi