Российский флаг перед зданием посольства РФ в Лондоне, фото из архива

Rusiya səfirliyin yaxınlığında şübhəli bağlama aşkarlanıb, polis ərazini mühasirəyə alıb

88
(Yenilənib 14:36 29.10.2018)
Mühafizəçilər səfirliyin binasının yerləşdiyi ərazidə küçəni bağlayıblar

BAKI, 29 oktyabr — Sputnik. Rusiyanın Vaşinqtondakı səfirliyinin yaxınlığında şübhəli bağlama tapılıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə yerinə ABŞ-ın xüsusi xidmət və polis əməkdaşları cəlb olunub.

Mühafizəçilər səfirliyin binasının yerləşdiyi ərazidə küçəni bağlayıblar. Vaşinqton ikinci sahə polisinin leytenantı Pon Qrentsan sonda açıqlama verib ki, şübhəli bağlama araşdırılıb və onun içərisində təhlükəli heç nə aşkar edilməyib.

Xatırladaq ki, son zamanlar ABŞ-ın tanınmış şəxslərinin evlərinə də şübhəli bağlamalar göndərilir. Hazırda həmin faktlar araşdırılır.

88
Teqlər:
bağlama, səfirlik, Vaşinqton, Rusiya
Əlaqədar
ABŞ Rusiyanı cəzalandırmaq istəyir
ABŞ Rusiya sərhədində kəşfiyyata başladı
Avropa və ABŞ əhalisi Qərb mətbuatının Rusiya barədə obyektiv yazdığına inanmır
ABŞ Rusiyaya qarşı "kabus"unu işə saldı: Böyük toqquşma həyəcanı yaşanır