Kubanda sel

Təbii fəlakətin miqyası genişlənir, minlərlə insan təxliyə edilir VİDEO

59
(Yenilənib 02:12 26.10.2018)
Yollar bağlanıb, şəhərlər arasında gediş-gəliş kəsilib.

BAKI, 26 oktyabr — Sputnik. Rusiyanın Krasnodar bölgəsində baş vermis təbiət hadisəsi həmin əraziyə ciddi ziyan vurub. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, sel və fırtına əhaliyə qorxulu anlar yaşadıb. Şəhərin mərkəzindən və kəndlərdən əhali təxliyə olunub. Evlərin çoxunu su basıb.

Krasnodara yaxın olan Soçi, Tuapse, Lazarevsk, Adler, Novorossiysk kimi şəhərlərini də su basıb. Körpü çöküb. Yollar bağlanıb, şəhərlər arasında gediş-gəliş kəsilib. Minlərlə insan evlərindən təxliyə edilib. 

59
Teqlər:
daşqın, sel, Novorossiysk, Adler, Soçi, Kuban şəhəri, Rusiya