Moskva Kremlinin Spasskaya qülləsi

Kremldən açıqlama: ABŞ hərbi bazamıza hücum edib

283
(Yenilənib 21:34 25.10.2018)
Kreml ABŞ-ı Rusiyanın Suriyadakı hərbi hava bazası Hmeymimə hücum etməkdə günahlandırıb

BAKI, 25 oktyabr — Sputnik. Kreml ABŞ-ın Suriyadakı fəaliyyəti ilə bağlı bəyanat verib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Kreml ABŞ-ı Rusiyanın Suriyadakı hərbi hava bazası Hmeymimə hücum etməkdə günahlandırıb.

Kreml açıqlayıb ki, bu ilin yanvar ayında bir ABŞ casus təyyarəsi Rusiyanın Suriyadakı hava bazasına dron hücumunu koordinasiya edib. Bu, Rusiya Müdafiə Nazirliyinin hesabatında əksini tapıb.

Kreml tərəfindən edilən açıqlamada Vladimir Putinin Donald Tramp ilə bu məsələ haqqında danışacağı deyilib.

Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin də Hmeymim bazasına silahlı pilotsuz uçuş aparatları ilə hücuma görə ABŞ-ı ittiham edib. O, deyib ki, 13 silahlı pilotsuz uçuş aparat ilə bazaya hücum təşkil edilib. ABŞ kəşfiyyat təyyarəsi 8 saat boyunca Aralıq dənizi üzərində uçaraq bu hücumu koordinasiya edib. Sonra Rusiyanın hava müdafiə sistemi tərəfindən bütün silahlı pilotsuz uçuş aparat məhv edilib. Fomin hücumların hansı tarixdə baş verdiyini açıqlamayıb.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada təkcə avqust ayında Hmeymimə hücum edən 47 silahlı pilotsuz uçuş aparatının zərərsizləşdirildiyi deyilmişdi.

283