Визит президента РФ В. Путина в Белоруссию

Putin Rusiya-Belarus münasibətlərinə dair zarafat etdi: "Sizə görə ziyana düşürük"

45
(Yenilənib 02:55 13.10.2018)
Putinin sözlərinə görə, Belarus AES-in ilk enerji bloku qrafikə uyğun olaraq 2019-cu ilin sonlarında istismara buraxılacaq

BAKI, 13 oktyabr — Sputnik. “Rusiya ziyana düşərək Belarusda Atom Elektrik Stansiyası (AES) tikdirir” deyən Rusiya prezidenti Vladimir Putin Mogilyovu ziyarət edərkən zarafat edib. 

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiya və Belarus regionlarının V forumunda qeyd edib ki, “sizə (Belarusa) qaz satmaq əvəzinə, sizin üçün AES inşa edirik”. 

Putinin sözlərinə görə, Belarus AES-in ilk enerji bloku qrafikə uyğun olaraq 2019-cu ilin sonlarında istismara buraxılacaq. Bütün stansiya isə 2020-ci ildə təhvil veriləcək. 

Rusiya prezidentinin sözlərinə əsasən, bu, nəinki Belarusun enerji təchizatı və iqtisadiyyatı ilə bağlı vəziyyəti yaxşılaşdıracaq, eyni zamanda rəsmi Minsk üçün əlavə ixrac imkanları da yaradacaq.

45
Rusiya XİN-nin binası

Rusiya Xarici İşlər Nazirliyi Qarabağla bağlı bəyanat yaydı

46
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var.

BAKI, 27 sentyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin tərəflərini dərhal atəşi dayandırmağa çağırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Xrici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət qəflətən gərginləşib, hər iki tərəfdən intensiv atəş aparılır. İtkilər barədə məlumatlar daxil olur: "Tərəfləri dərhal atəşi dayandırmağa və vəziyyətin sabitləşdirilməsi məqsədi ilə dərhal danışıqlara başlamağa çağırırıq".

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

46
Teqlər:
bəyanat, Rusiya XİN, münaqişə, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Müdafiə Nazirliyi məlumat yaydı: Vacib yüksəkliklər uğrunda döyüşlər aparırıq
Ermənistan cəbhə boyu təxribat törədib, ölənlər və yaralananlar var
İlham Əliyev: Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə zərbələr endirir
Rusiya Dağlıq Qarabağda münaqişənin alovlanmasına reaksiya verdi
"Azərbaycan tək deyil" - Türkiyədən erməni təxribatlarına reaksiya
 Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitə sədrinin birinci müavini Vladimir Cabbarov

Rusiya Dağlıq Qarabağda münaqişənin alovlanmasına reaksiya verdi

111
(Yenilənib 11:58 27.09.2020)
“Heç bir münaqişə döyüş meydanında həll olunmalı deyil” söyləyən senator Qarabağ münaqişəsinin tərəflərini danışıqlara dəvət edib

BAKI, 27 sentyabr — Sputnik.  Dağlıq Qarabağda münaqişə tərəfləri atəşi dayandıraraq danışıqlar masası arxasına əyləşməlidirlər.

Sputnik Azərbaycan bildirir ki, bunu RİA Novosti-yə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitə sədrinin birinci müavini Vladimir Cabbarov deyib.

“Hər şeyi danışıqlar masasına daşımaq lazımdır, atəş dayandırılmalıdır”, - deyən Cabbarov xatırladıb ki, vəziyyətin tənzimlənməsi üçün regionda ATƏT-in Minsk qrupu var.

Onun sözlərinə görə, heç bir münaqişə döyüş meydanında həll olunmamalıdır.

Ermənistan Silahlı Qüvvələri sentyabrın 27-də səhər saatlarına Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub. Mülki şəxslər arasında itki və yaralılar var. Azərbaycan ordusunun komandanlığı əks-hücum qərarı verib.

111
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənistan cəbhə boyu təxribat törədib, ölənlər və yaralananlar var
Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur
"Azərbaycan tək deyil" - Türkiyədən erməni təxribatlarına reaksiya
Prezidentin köməkçisi Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb
Türkiyə Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli

Türkiyə XİN Qarabağdakı təxribatla bağlı bəyanat yaydı

0
(Yenilənib 12:58 27.09.2020)
"Azərbaycan, xalqını və ərazi bütövlüyünü qorumaq üçün qanuni müdafiə haqqını, əlbəttə, istifadə edəcək. Bu prosesdə bir ürək olaraq Türkiyənin Azərbaycana dəstəyi tamdır" - Türkiyə XİN

BAKI, 27 sentyabr — Sputnik. “Beynəlxalq hüququn açıq şəkildə pozuntusu olan və mülki itkilərə də yol açan erməni hücumlarını şiddətlə pisləyirik. Bu hücumlarla Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük əngəl olduğunu bir daha göstərdi”.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

“Ermənistan silahlı qüvvələrinin bu səhər atəşkəsi pozaraq cəbhə xəttində Azərbaycan ordusu ilə Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Ortaqərvənd,  Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndlərinə ağır silahlarla intensiv şəkildə atəşə tutulduğu barədə məlumat aldıq. Azərbaycan, xalqını və ərazi bütövlüyünü qorumaq üçün qanuni müdafiə haqqını, əlbəttə, istifadə edəcək. Bu prosesdə bir ürək olaraq Türkiyənin Azərbaycana dəstəyi tamdır. Azərbaycan necə istərsə, o şəkildə yanında olacağıq”.

“Beynəlxalq ictimaiyyəti də haqlının yanında durmağa dəvət edirik. Şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa və Can Azərbaycana başsağlığı diləyirik”.

0
Teqlər:
bəyanat, Türkiyə XİN, münaqişə, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Müdafiə Nazirliyi məlumat yaydı: Vacib yüksəkliklər uğrunda döyüşlər aparırıq
"Azərbaycan tək deyil" - Türkiyədən erməni təxribatlarına reaksiya
Rusiya Xarici İşlər Nazirliyi Qarabağla bağlı bəyanat yaydı
Cəbhədə yaralanan vətəndaşlarımızın adları açıqlandı
Ermənistanda hərbi vəziyyət və səfərbərlik elan edildi