Rusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli

Rusiyada itkin düşən Azərbaycan vətəndaşını öz həmyerlisi qətlə yetiribmiş

7361
(Yenilənib 19:23 06.10.2018)
Rusiyada 2 il əvvəl itkin düşən Azərbaycan vətəndaşının qətlə yetirildiyi məlum olub

BAKI, 6 oktyabr — Sputnik. Rusiyada iki il əvvəl itkin düşən Azərbaycan vətəndaşının qətlə yetirildiyi məlum olub.

“Report”un məlumatına görə, Şirvan şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Ramal Fərman oğlu 2016-cı ilin aprelin 23-də Rusiyanın İrkutsk şəhərində itkin düşüb.

Belə ki, 32 yaşlı azərbaycanlı evdən çıxaraq işlədiyi İrkutsk şəhərinin mərkəzi bazarına gedib və bir daha geri qayıtmyıb. Bir müddət əvvəl Rusiyanın hüquq-mühafizə orqanlarına Ramal Əliyevin digər azərbaycanlı tərəfindən qətlə yetirildiyi barədə məlumat daxil olub.

Mərhumun atasının bildirdiyinə görə, oğlu İrkutsk şəhərində yerləşən mənzillərdən birində görüşəcəyi şəxs tərəfindən baş nahiyəsindən çəkiclə vurularaq qətlə yetirilib. Daha sonra meyit evdən çıxarılaraq şəhər kənarında qarın altında gizlədilib. DNK analizi nəticəsində tapılan meyitin Ramal Əliyevə məxsus olduğu aydınlaşıb.

Qətli törədən şəxs həbs olunub.

Əliyevin meyiti Azərbaycana gətirilib və Sabirabad rayonunun Minbaşı kəndində dəfn olunacaq. 

Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

7361
 Sankt-Peterburqda tibb işçisi, arxiv şəkli

Rusiyada onların sayını artıq üçrəqəmli ədədlə ifadə edirlər

11
(Yenilənib 12:41 27.05.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 370 680-ə çatıb. Rusiyada pandemiya yayılandan 3968 nəfər COVID-19-dan vəfat edib

BAKI, 27 may — Sputnik. Bir sutka ərzində Rusiyanın 85 regionunda 8338 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 161 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 370680-ə çatıb. Rusiyada pandemiya yayılandan 3968 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 11079 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 142208-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,6 milyonu keçib, 350 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

11
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Koronavirusla bağlı Avropadan daha bir qərar
Baş nazir karantin rejimi elan edib dostları ilə piknikə getdi
İspaniyada ikinci koronavirus epidemiyası qaçılmazdır – ekspert
Koronavirusdan ölənlərin sayı psixoloji həddi keçdi
Çin koronavirus peyvəndinə görə kliniki sınaqları tamamlayan ilk ölkə oldu
Parad, arxiv şəkli

Putin Qələbə Paradının tarixini açıqladı

15
Putin həmçinin qeyd edib ki, "Ölməz alay" marşı zamanı sosial məsafəyə riayət etmək mümkün deyil, buna görə də onu iyulun 26-da dəniz donanmasının paradından sonra keçirmək planlaşdırılır.

BAKI, 26 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş parad iyunun 24-də Moskvada keçiriləcək.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Rusiya prezidenti bu barədə Müdafiə naziri Sergey Şoyqu ilə görüşündən sonra məlumat verib.

Dövlət başçısı parada hazırlıq işlərinə başlamağı əmr edib. Şoyquya ən ciddi təhlükəsizlik rejimini təmin etmək, riskləri minimuma endirmək göstərişi verilib.

Putin həmçinin qeyd edib ki, "Ölməz alay" marşı zamanı sosial məsafəyə riayət etmək mümkün deyil, buna görə də onu iyulun 26-da dəniz donanmasının paradından sonra keçirmək planlaşdırılır.

Qələbə Paradı mayın 9-da keçirilməli idi, lakin koronavirus pandemiyasına görə təxirə salınıb.

15
Koronavirus xəstəsi

Daha 165 nəfər yoluxan aşkarlandı, ölənlər var

5
(Yenilənib 16:50 27.05.2020)
Hazırkı dövrədək ölkəmizdə 4568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 2897 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər vəfat edib

BAKI, 27 may — Sputnik. Azərbaycanda 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahından Sputnik Azərbaycan-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1957-ci il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 2897 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər vəfat edib, 1617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 49 nəfərin vəziyyəti ağır, 63 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 280.663 test aparılıb.

5