ABŞ dolları

Qonşu ölkə dollardan imtina edir

90
(Yenilənib 11:17 03.10.2018)
Qanun layihəsi yaxın həftələrdə Baş nazir tərəfindən imzalanmalıdır

BAKI, 3 oktyabr — Sputnik. Rusiya hökuməti ölkə iqtisadiyyatının dollarsızlaşmasını nəzərdə tutan qanun layihəsi hazırlayır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The Bell" nəşri öz mənbələrinə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, qanun layihəsi yaxın həftələrdə Baş nazir Dmitri Medvedyev tərəfindən imzalanmalıdır. Qanun layihəsinin müzakirəsində idxalçlar, həmçinin Rusiyanın böyük bankları, o cümlədən Mərkəzi Bankı da iştirak edir.

Məlumata əsasən, layihə Birləşmiş Ştatlar valyutasından tam imtinanı nəzərdə tutmur. Söhbət hesablaşmalarda digər milli valyutalarla istifadə üçün imkanların yaradılmasından, həmçinin valyuta qanunvericiliyinin liberallaşdırılmasından və valyuta nəzarətinin sadələşdirilməsindən gedir.

Bildirilir ki, bu addımlar Rusiya biznesinə istənilən valyuta ilə hesablaşmağa və bu vaxt zərər çəkməməyə imkan verəcək.

90
Teqlər:
valyuta, dollar, hökumət, Rusiya
Əlaqədar
Konstitusiya məhkəməsi dollar kreditləri ilə bağlı qərarı açıqladı
Dolların "qürubu" başlayıb, Azərbaycan həssas seçim qarşısındadır
Rusiya dollara həlledici zərbəyə hazırlaşır!